Bakı 11 ℃


28.08.2020

Ceyhun Bayramov Küveyt Dövlətinin səfiri ilə görüşüb — FOTO

28 avqust 2020-ci il tarixində Xarici İşlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Səud Əbdüləziz Əlrumini qəbul edib.

Gulustan.info xəbər verir ki, nazir Ceyhun Bayramov Azərbaycan ilə Küveyt arasında dərin tarixi köklərə dayanan və dostluq prinsipləri əsasında qurulmuş ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini məmnunluqla qeyd edib. Nazir bir sıra sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.

Səfir Səud Əbdüləziz Əlrumi Nazir Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması münasibətilə təbrik edib və bu xüsusda Küveyt Xarici İşlər nazirinin səmimi təbriklərini çatdırıb.

Görüşdə tərəflər ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın daha da genişləndirilməsi, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək məsələsinə dair fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Küveyt səfirinə məlumat verərək, bölgənin təhlükəsizliyinə ən böyük hədə olan münaqişənin həlli ilə bağlı Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Həmçinin Küveyt tərəfindən beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan Respublikasının haqlı mövqeyinin hər zaman dəstəkləndiyi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Digər xəbərlər


İlham Əliyev: “Qubadlı şəhəri işğalçılardan azad olundu” - FOTO

“Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişd...

Prezidentin köməkçisi erməni komandirlərin əməlini ifşa etdi: “Uşaq bağçasında iclas keçirirlər” - FOTO

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğal...

İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib. Gulustan.info müsahibəni təqdim...

Azərbaycan XİN rəhbəri ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

Vaşinqtona səfəri çərçivəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü k...

Hikmət Hacıyev: “Ermənistan tərəfindən atılan Smerç raketi yaşayış evinin bağçasına düşüb”

Ermənistan tərəfindən atılan Smerç raketi yaşayış evinin bağçasına düşüb. Bununla bağlı Azərbaycan Prezidentinin köməkçisi, Pr...

Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdü

Vaşinqtona səfəri çərçivəsində 23 oktyabr tarixində Xarici İşlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə ...

Ceyhun Bayramov Mayk Pompeo ilə görüşünü şərh etdi - FOTO

Bu gün Vaşinqtonda ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə görüşən Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov bu barədə Tvitte...

Xocavənd, Cəbrayıl və Zəngilanın bu kəndləri azad edildi

Prezident Xocavənd. Zəngilan və Cəbrayılın bəzi kəndlərinin azad edildiyini açıqlayıb. Prezident İlham Əliyev bu barədə tvitt...