Bakı 18 ℃


07.09.2020

Ceyhun Bayramov İranın yeni səfiri ilə görüşüb

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının ölkəmizə təyin edilmiş yeni səfiri Seyid Abbas Musəvini qəbul edib.

Gulustan.info xəbər verir ki, bu barədə məlumatı Xarici İşlər Nazirliyi yayıb.

Qeyd olunub ki, İran səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib.

Nazir Seyid Abbas Musəvini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər iki ölkə arasında dərin tarixi köklərə əsaslanan dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərinin qarşılıqlı hörmət və dəstək formasında inkişafından bəhs edib, əməkdaşlıq gündəliyində duran məsələlərin səmərəli şəkildə həyata keçirilməsi yolları üzrə fikir mübadiləsi aparıblar. Çoxtərəfli platformalarda uğurla əməkdaşlığın davam etdirilməsi məsələləri müzakirə edilib.

Səfir Azərbaycanda diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib. Səfir İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin ən səmimi arzularını və təbriklərini nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb. İran səfiri ikitərəfli münasibətlərin dərinləşməsində böyük potensialın olduğunu vurğulayıb.

Nazir Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünü qeyd edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İranın hər zaman Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli mövqeyini dəstəklədiyinə görə minnətdarlığını ifadə edib.

Öz növbəsində, Seyid Abbas Musəvi münaqişə məsələsində və Azərbaycanın işğal olunmuş ərazilərinə münasibətdə İranın Azərbaycanın mövqeyini dəstəklədiyini və ölkəsinin münaqişənin həlli üzrə kömək etməyə hər zaman hazır olduğunu vurğulayıb.

Görüşdə tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.


Digər xəbərlər


Prezident internetə qoyulan məhdudiyyətdən danışdı

“Bunlar müvəqqəti məhdudiyyətlərdir. Bu məhdudiyyətlər toqquşmalar başladıqdan sonra tətbiq olunmuşdur”. Bunu Azərbaycan Prez...

Azərbaycan XİN: Ermənistan XİN-in bəyanatı tamamilə cəfəngiyyatdır

Ermənistanın Xarici İşlər Nazirliyinin bu ölkənin baş nazirinin “münaqişənin diplomatik həlli olmadığını” vurğulayan son açıqlama...

Nazirlər Kabinetinin Aparatı və BMT-nin Ölkə üzrə İdarə Heyəti Azərbaycana humanitar yardım təşəbbüsünü müzakirə edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ölkə üzrə İdarə Heyətinin Azərbaycana bir sıra sahələrdə humanitar yardım göstərilməsi ilə...

İƏT Parlament İttifaqının Baş katibi Gəncə şəhərinə raket zərbələrinin endirilməsini pisləyib

Milli Məclisin Sədri Sahibə Qafarovanın ünvanına beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın Azərbaycanın mülki əhalisinə qarş...

Prezidentin Yaponiya qəzetinə müsahibəsi - TAM MƏTN

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib. Gulustan.info...

İsrail səfiri Mingəçevirə səfər edəcək

İsrailin Azərbaycandakı səfiri Corc Dik Gəncəyə gəlib. Gəncə şəhər İcra Hakimiyyətindən Gulustan.info-ya verilən məlumata görə...

“Qarabağ məsələsi Azərbaycan sərhədləri çərçivəsində həll edilməlidir” - ABŞ-ın NATO-dakı səfiri

ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və sərhədləri çərçivəsində həll edilməl...

Prezident: "Elə günlər olub Tərtər rayonuna 2 min mərmi düşüb"

“Bizim bütün cəbhəboyu şəhərlərimiz və kəndlərimiz hər gün atəşə tutulur. Bu gün mənə verilən məlumata görə, səhər saat 6-dan 8-ə...