Bakı 18 ℃


17.09.2020

«BakıKart»ın onlayn ödəmə sisteminə keçidin ləngiməsilə bağlı RƏSMİ açıqlama

Bakıda ictimai nəqliyyatda ödəniş kartlarının balansının onlayn artırılması ilə bağlı görülən tədbirlər ləngiyir. Belə ki, bu ilin birinci yarısında artıq onlayn ödəmə sisteminin tətbiqinə keçid planlaşdırılsa da, pandemiya səbəbindən proses yubanıb.

Bunu açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, bu proses pandemiyadan sonra reallaşacaq: «Bu gün «BakıKart»ın balansının artırılması ilə bağlı sərnişinlərimizin rastlaşdığı çətinliklər bizə də məlumdur və bu hal onlar qədər bizi də narahat edir. Onlayn ödəmə sisteminin olmasının zəruriliyini bilirik və bu istiqamətdə mümkün olan bütün addımları atırıq. Sizə də məlumdur ki, pandemiyadan doğan müəyyən obyektiv səbəblər var. Bu işdə əməkdaşlıq etdiyimiz şirkətin mütəxəssisləri xarici ölkə vətəndaşlarıdır və onlar karantin səbəbindən Bakıda deyillər. Mümkün olduğu qədər işlər onlayn formatda aparılır. Bizim planımız onlayn ödəmə sistemlərinin bu ilin birinci yarsına qədər işə salmaq idi. Amma qeyd etdiyim kimi, bizdən aslı olmayan məqamlar ortaya çıxdı».

M.Ağayev bildirib ki, hazırda Bakıda ümumilikdə 396 ədəd ödəmə terminalı mövcuddur. Bu terminallardan 148-i Bakı Metropoliteni stansiyalarında yerləşir ki, bunların da hamısı «BakıKart»a aiddir: «Eyni zamanda, avtobus dayanacaq məntəqələrində «BakıKart»a məxsus 51 ödəmə terminalı var. Sərnişinlərin rahatalığı nəzərə alınaraq «BakıKart» sisteminin inteqrasiya olunduğu «MilliÖn» terminallarının sayı isə 197-dir. Son vaxtlar artan tələbatı nəzərə alaraq bəzi ərazilərdə kartın balansını artırmağa imkan verən pos-terminallar da qoyulur. Bu pos-terminallar əsasən «BakuBus» avtobuslarının xidmət göstərdiyi ətraf kənd və qəsəbələrdə hamı tərəfindən tanınan və 24/7 saat işləyən dükanlarda qoyulur. Məsələn Mərdəkan, Bakıxanov, Qaraçuxur qəsəbələrində bu cür terminallar quraşdırılıb. Həmçinin, bildirim ki, ödəmələrin daha rahat olması üçün ən optimal həll variantı nağdsız ödəniş sistemlərinin olmasıdır. Bu istiqamətdə də tərəfimizdən zəruri addımlar atılır».


Digər xəbərlər


Neft yenidən ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin dekabr ...

Neft ucuzlaşır

Dünya bazarında neftin qymətində azalma qeydə alınıb. RT xəbər verir ki, WTI markalı neftinin noyabr fyuçersləri 0,64 faiz...

Pensiyaların ödənişi başa çatdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən oktyabr ayı üzrə pensi...

Dünya Neft Şurası Energetika Nazirliyinin məktubuna cavab verib

Dünya Neft Şurasının Baş direktoru Pierce Riemer Ermənistanın törətdiyi təxribatlarla bağlı Energetika Nazirliyinin müraciətinə c...

Neftin qiyməti qalxır

Dünya bazarında neftin qiymətində artım nəzərə çarpır. RT xəbər verir ki, WTI markalı neftin noyabr fyuçersləri 0,17 faiz arta...

Dünya bazarında neftin qiyməti

Dünya bazarında neftin qiymətində azalma qeydə alınıb. RT xəbər verir ki, WTI markalı neftin noyabr fyuçersləri 0,32 faiz azal...

IMF-dən Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnoz

Bu il Azərbaycanda 4% iqtisadi azalma, gələn il isə 2% iqtisadi artım olacaq. Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) açıq...

SOCAR: TAP layihəsi tamamlanıb

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP tamamlanıb. Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsi...