Bakı 19 ℃


18.09.2020

Pensiya alanlara ŞAD XƏBƏR: Artım olacaq — VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, pensiya təminatının inkişafına, sığorta-pensiya sisteminin təkmilləşdirilməsinə istiqamətlənən islahatlar davam etdirilir. Pensiyaçıların sosial müdafiəsinin daha dolğun təminatı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində»əmək pensiyaları haqqında qanuna dəyişiklik» layihəsi hazırlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiya qanunvericiliyində bir sıra dəyişiklikləri nəzərdə tutan layihə hazırlayıb. Layihəpensiyaçıların hüquqlarının artırılmasına, güzəştli pensiya təminatının əlçatanlığına şərait yaradacaq. Nəzərdə tutulan dəyişikliklərdən biri pensiyaçıların öz pensiya növünü dəyişdirməyə qoyulan məhdudiyyətin aradan qalxması ilə bağlıdır.Bundan əlavə yeni layihədə ailə başçısını itirməyə görə pensiya hüququ olan şəxsözününpensiya haqqından imtina edərək başqa bir pensiya və sosial müavinətə keçərsə, bu zaman onun payına düşən məbləğ digər ailə üzvləri arasında bölüşdürülür.

Pensiyaların hesablanması qaydası da asanlaşdırılır. Yeni layihə qəbul olunduqdan sonra pensiyaçılar işdən çıxdıqda və ya 6 il işləməyə davam etdikdə onların topladıqları pensiya kapitalının yenidən hesablararaq pensiyalarına əlavə olunması üçünmüvafiq sənədləri təqdim etmələrinə ehtiyac qalmayacaq.

Yenidən hesablanma proaktiv qaydada həyata keçiriləcək, vətəndaşa pensiyasının nə qədər artması və nə vaxtdan ödənilməyə başlayacağı onun mobil telefonuna və ya ünvanına göndəriləcək. Qeyd edək ki, yeni qanun layihəsi sonhazırlıq mərhələsi yekunlaşdıqdan sonra Nazirlər Kabinetinə təqdim olunacaq. (baku.ws)


Digər xəbərlər


Neft yenidən ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin dekabr ...

Neft ucuzlaşır

Dünya bazarında neftin qymətində azalma qeydə alınıb. RT xəbər verir ki, WTI markalı neftinin noyabr fyuçersləri 0,64 faiz...

Pensiyaların ödənişi başa çatdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən oktyabr ayı üzrə pensi...

Dünya Neft Şurası Energetika Nazirliyinin məktubuna cavab verib

Dünya Neft Şurasının Baş direktoru Pierce Riemer Ermənistanın törətdiyi təxribatlarla bağlı Energetika Nazirliyinin müraciətinə c...

Neftin qiyməti qalxır

Dünya bazarında neftin qiymətində artım nəzərə çarpır. RT xəbər verir ki, WTI markalı neftin noyabr fyuçersləri 0,17 faiz arta...

Dünya bazarında neftin qiyməti

Dünya bazarında neftin qiymətində azalma qeydə alınıb. RT xəbər verir ki, WTI markalı neftin noyabr fyuçersləri 0,32 faiz azal...

IMF-dən Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnoz

Bu il Azərbaycanda 4% iqtisadi azalma, gələn il isə 2% iqtisadi artım olacaq. Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) açıq...

SOCAR: TAP layihəsi tamamlanıb

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP tamamlanıb. Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsi...