Bakı 8 ℃

USD 1.7
RUB 0.0225
EUR 2.0271
TRY 0.2156
Qızıl 3072.648
Gümüş 39.4199

18.09.2020

Qarabağın azərbaycanlı icmasının sədri diplomatlarla görüş keçirib

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri, deputat Tural Gəncəliyev Ermənistanın Azərbaycana qarşı daha da intensivləşmiş aqressiv siyasəti ilə regionda gərginləşən vəziyyətlə əlaqədar müxtəlif ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri ilə məlumatlandırıcı görüşlərini davam etdirir.

Gulustan.info xəbər verir ki, sentyabrın 16-17-də icma Xorvatiya səfiri Branko Zebiç, Çexiya səfiri Milan Ekert, Macarıstan səfiri Viktor Szederkenyi və Latviya səfiri cənab Dainis Qarançs ilə görüşlər keçirib.

Görüşlər zamanı icma Ermənistanın təcavüz siyasəti, işğal etdiyi ərazilərimizdə qanunsuz fəaliyyəti, təbii resurslarımızın istismarı, müharibə cinayəti hesab edilən məskunlaşma siyasəti, su resurslarından təmas xəttinə yaxın ərazilərdə yaşayan əhalimizə qarşı ekoloji terror vasitəsi kimi istifadə etməsi kimi məsələləri xüsusi olaraq vurğulayıb.

İcma təcavüzkar Ermənistanın torpaqlarımızın işğalına son qoyması və qaçqın və məcburi köçkün əhalimizin öz doğma yurd-yuvasına qayıtması üçün beynəlxalq təşkilatların Ermənistana təzyiq göstərməsinin vacibliyini bildirib.


Digər xəbərlər


Azərbaycanda boşanmaların sayı açıqlandı

2020-ci ilin yanvar-sentyabr aylarında qeydiyyat şöbələri tərəfindən 26 min 312 nikah qeydə alınıb. Bu barədə Dövlət Statistik...

ANAMA-nın əməkdaşı minaya düşüb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) minaaxtaranı — Zeynalov Telman B...

Türkiyədə Polad Həşimov adına park açıldı - Foto

Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində ölkəmizə xain hücumları nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvv...

İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinə təşəkkür etdi

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinə müraciət edib. AZƏRTAC-da yayımlanan müraciətdə deyilir:...

TƏBİB-dən koronavirus vaksinlərinin ilk kimlərə vurulacağı ilə bağlı açıqlama

Azərbaycanda ilkin mərhələdə əhalinin 20 faizi koronavirusa görə vakinasiya olunacaq. Gulustan.info xəbər verir ki, bunu TƏBİB-in...

PKK-nın Dağlıq Qarabağda yerləşməsi Azərbaycan kimi Türkiyənin də əsas probleminə çevrilir - Politoloq şərhi

«Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan hakimiyyətdə olduğu illərdə Dağlıq...

Livanın yeni Baş Naziri təyin edildi

Livanın Almaniyadakı səfiri Mustafa Ədib ölkənin yeni Baş Naziri təyin olunub. Bu barədə Livanın Prezident Administrasiyası mə...

Rusiya Azərbaycan iqtisadiyyatına 5 milyard dollardan çox investisiya yatırıb

Rusiya bu il Azərbaycan iqtisadiyyatına 5 milyard dollardan çox investisiya yerləşdirib. Gulustan.info xəbər verir ki, bunu Xa...