Bakı 19 ℃


27.09.2020

Cəbhədəki son vəziyyətlə bağlı açıqlama

Sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi təxribatçı əməllərini davam etdirərək Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmaqla Azərbaycanın dinc əhalisinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutub, o cümlədən mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə davam etməkdədir. Hazırkı vaxtadək Azərbaycan Ordusunun bir neçə hərbçisi şəhidlik zirvəsinə ucalıb, bir neçə hərbi qulluqçu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Baş Prokurorluğun mətbuat xidmətindən «Qafqazinfo»ya verilən məlumata görə, baş vermiş hadisələrlə bağlı toplanmış materiallar əsasında Füzuli, Tərtər, Qarabağ və Gəncə Hərbi prokurorluqlarında Cinayət Məcəlləsinin 100.1-ci (təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 116.0.7-ci (müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara hücum etmə), 116.0.8-ci (hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən dini, təhsil, elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücum etmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddələri ilə cinayət işləri başlanıb, istintaq qrupları yaradılmaqla operativ istintaq hərəkətləri icra olunur.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini dəqiqləşdirmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmaları istiqamətində zəruri tədbirlər görülür.

Kütləvi informasiya vasitələrindən, həmçinin sosial media istifadəçilərindən rəsmi olmayan və dəqiqləşdirilməmiş məlumatların ictimailəşdirilməməsi xahiş edilir.

İctimaiyyətə mütəmadi qaydada məlumatlar veriləcək.


Digər xəbərlər


Türkiyə şirkəti Qarabağda şöbəsini açmağa hazırlaşır

Türkiyənin, baş ofisi İstanbul şəhərində yerləşən “Aran Mobilya Dekarasyon İnşaar Sanayi ve Ticaret Limited” şirkəti Qarabağda şö...

Baş Prokurorluq məlumat yayıb

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb. Qurumun ...

Artilleriyaçılarımız düşmənə dəqiq zərbələr endirir

Artilleriyaçılarımız düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirməyə davam edir. ...

Kriştiano Ronaldonun koronavirus testi növbəti dəfə müsbət olub

İtaliyanın «Yuventus» klubunun və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun koronavirus testi yenidən müsb...

Kamran Əliyev Tacikistanın Azərbaycandakı səfiri ilə görüşüb

Oktyabrın 22-də Baş prokuror Kamran Əliyev Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soli ilə görüşüb. ...

"Birdəfəlik qapanmalar, ciddi-sərt karantin rejimi yenidən ..." - TƏBİB-in infeksionisti

Azərbaycanda yoluxma sayının rekord həddə çatması vəziyyətin ciddiliyindən xəbər verir. Açıqlamasında TƏBİB-in İnfeksion xəstə...

Ermənistan mətbuatı məşhur türk bloqçunu öz ordu sıralarına “qatıb”

Ermənistan İctimai Radiosu Ermənistan Müdafiə Nazirliyinin cəbhədə savaşan ermənilərlə bağlı hazırladığı video xəbərin başlıq şək...

Yoluxanların sayı 800-ü keçdi, 6 nəfər vəfat etdi

Azərbaycanda bu gün koronavirus infeksiyasına 825 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə bura...