Bakı 19 ℃


29.09.2020

Ermənilərin təxribatı nəticəsində Şeyx Babı türbəsinə ziyan dəyib (FOTO)

Düşmənin ölkəmizin yaşayış məntəqələrinə istiqamətlənmiş atəş zərbələrindən biri Füzuli rayonunun Babı kəndinin yaxınlığında yerləşən qəbiristanlığa düşüb.

Bu barədə Gulustan.info-ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən bildiriblər.

Qeyd edilib ki, hadisə nəticəsində Şeyx Babı türbəsinə ciddi ziyan dəyib:

«Sentyabrın 27-dən etibarən Ermənistan Respublikasının silahlı qüvvələri yenidən genişmiqyaslı təxribatlar törədərək Azərbaycan Respublikasının yaşayış məntəqələrini iri çaplı silahlardan atəşə tutub. Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək həmin atəş nöqtələrini susdurmaqda davam edir. Düşmənin ölkəmizin yaşayış məntəqələrinə istiqamətlənmiş atəş zərbələrindən biri Füzuli rayonunun Babı kəndinin yaxınlığında yerləşən qəbiristanlığa düşüb. Qəbiristanlıqdakı dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şeyx Babı türbəsinə (inv. 213) ciddi ziyan dəyib, tarixi abidənin fasadı zədələnib və nəticədə türbə qəzalı vəziyyətə düşüb».



Digər xəbərlər


Türkiyə şirkəti Qarabağda şöbəsini açmağa hazırlaşır

Türkiyənin, baş ofisi İstanbul şəhərində yerləşən “Aran Mobilya Dekarasyon İnşaar Sanayi ve Ticaret Limited” şirkəti Qarabağda şö...

Baş Prokurorluq məlumat yayıb

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb. Qurumun ...

Artilleriyaçılarımız düşmənə dəqiq zərbələr endirir

Artilleriyaçılarımız düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirməyə davam edir. ...

Kriştiano Ronaldonun koronavirus testi növbəti dəfə müsbət olub

İtaliyanın «Yuventus» klubunun və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun koronavirus testi yenidən müsb...

Kamran Əliyev Tacikistanın Azərbaycandakı səfiri ilə görüşüb

Oktyabrın 22-də Baş prokuror Kamran Əliyev Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soli ilə görüşüb. ...

"Birdəfəlik qapanmalar, ciddi-sərt karantin rejimi yenidən ..." - TƏBİB-in infeksionisti

Azərbaycanda yoluxma sayının rekord həddə çatması vəziyyətin ciddiliyindən xəbər verir. Açıqlamasında TƏBİB-in İnfeksion xəstə...

Ermənistan mətbuatı məşhur türk bloqçunu öz ordu sıralarına “qatıb”

Ermənistan İctimai Radiosu Ermənistan Müdafiə Nazirliyinin cəbhədə savaşan ermənilərlə bağlı hazırladığı video xəbərin başlıq şək...

Yoluxanların sayı 800-ü keçdi, 6 nəfər vəfat etdi

Azərbaycanda bu gün koronavirus infeksiyasına 825 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə bura...