Bakı 8 ℃

USD 1.7
RUB 0.0225
EUR 2.0271
TRY 0.2156
Qızıl 3072.648
Gümüş 39.4199

22.10.2020

«Birdəfəlik qapanmalar, ciddi-sərt karantin rejimi yenidən …» — TƏBİB-in infeksionisti

Azərbaycanda yoluxma sayının rekord həddə çatması vəziyyətin ciddiliyindən xəbər verir.

Açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib. İnfeksionist bildirib ki, bu artım tempi davam etsə, çıxış yolu yenidən qapanmalara getməkdir:
«Bəzi ölkələr yenidən qapanmalara getdi, yenidən məhdudiyyətlər tətbiq olunmağa başladı. Çünki rəqəmlər kifayət qədər kontroldan çıxmışdı, COVİD-lə bağlı xaotik vəziyyət yarandı həmin ölkələrdə.

Təbii ki, bu gedişlə, bu artım sürəti ilə davam etsə, bizim də ölkəmizdə bu xoşagəlməz hallar baş qaldırsa və qarşısıalınmaz bir həddə çatsa, təbii ki, çıxış yolumuz yenidən qapanmalara getməkdir. Amma biz yeni təcrübə qazanmışıq. Virusu tanıdığımız ilk dövrlərdən fərqli olaraq lokal məhdudiyyətlər, lokal qapanmalar dediyimiz karantin rejimi də müəyyən qədər öz effektliyini sübuta yetirmişdi.

Yoluxma nəzarətolunmaz həddə çatsa, birdəfəlik qapanmalar qaçılmazdır

Bütün ölkə üzrə deyil, yoluxmanın ən çox müşahidə olunduğu regionlar, şəhərlər, müəssisələr daxilində lokal qapanmalar daha məntiqlidir. Çünki ölkənin digər problemlərini də, iqtisadi vəziyyəti də nəzərə alaraq bu kimi addımlar daha məntiqəuyğun hesab olunur. Amma təbii ki müəyyən bir həddə qədər biz bu şəkildə edə bilərik.

Rəqəmlər tamamilə kontroldan çıxsa, nəzarətolunmaz həddə çatsa, xəstəxanalarda sıxlıq yaransa, birdəfəlik qapanmalara da, ciddi-sərt karantin rejiminə də gedilə bilər».(Milli.az)


Digər xəbərlər


Baş Prokurorluq və və Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq etdi

Baş Prokurorluq və və Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir: «Silahlı Qüvvələrin A...

Yoluxanların sayı 4 mini ötdü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 4212 yeni yoluxma faktı qeydə alınıb, 1760 nəfər müalicə olunaraq sağalıb və evə bu...

Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən TƏBİB-ə 10 ədəd “Döyüş yaralıları üçün tibbi yardım dəsti” (War Wounded Kit) ianə edilib

Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) 10 ədəd “Döyüş yaralıları üçün tibbi...

Hökumət üzvləri işğaldan azad olunmuş ərazilərin bərpasını müzakirə edib

Noyabrın 27-də Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın videomüşavirə formatında növbəti iclası keçirilib. Nazirlə...

TƏBİB vətəndaşlara müraciət edib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusla bağlı vətəndaşlara müraciət edib. Gulustan.info xəbər verir ki...

DİN: Vətəndaşın təzyiqə məruz qalması həqiqəti əks etdirmir

“Vətəndaş Ruslan Quliyevin polis tərəfindən təzyiqə məruz qalması barədə səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir, əsassızdır...

Restoran, bərbərxana və gözəllik salonları da işləməyəcək

Bu gündən noyabrın 30-dək bütün ölkə ərazisində restoran, bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılıb. Bu barə...

Türkiyə parlamenti Fransa Senatının Qarabağ üzrə qətnaməsini pislədi

Türkiyə Böyük Millət Məclisinin üzvləri Fransa Senatının Dağlıq Qarabağ üzrə qətnaməsini qətiyyətlə pisləyiblər. Bu barədə “An...