Bakı 27 ℃

USD 1.7
RUB 0.0312
EUR 1.7773
TRY 0.1018
Qızıl 3064.709
Gümüş 34.1546

23.11.2020

Mədəniyyət Nazirliyi Fransanın mədəniyyət xadimlərini qərəzsiz olmağa çağırıb

Fransanın tanınmış bir qrup mədəniyyət xadimi (rejissor, yazıçı, aktyor, musiqiçi, jurnalist, müğənni) Qarabağdakı erməni separatçılığını açıq şəkildə dəstəkləyən, yalan və böhtan üzərində hazırlanmış müraciəti imzalanıb.

Mədəniyyət Nazirliyindən Gulustan.info -ya bildirilib ki, bu barədə Fransanın “Le Figaro” nəşrində məlumat yayımlanıb.

Müraciət ermənilərlə həmrəyliyi, onların Qarabağdakı taleyi üçün narahatlığı, qondarma “1915-ci il soyqırımı”nın təkrarlanmasını, erməni separatçılığına dəstəyi, ümumiyyətlə, Azərbaycanın məkrli planlarının olmasını nümayiş etdirir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bildirir ki, otuz ilə yaxın müddətdə Ermənistan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini icra etməyərək Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərini, Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu qanunsuz olaraq işğal altında saxlanıb.

Uzun illər davam etmiş işğal zamanı Ermənistanın təcavüzkar siyasəti nəticəsində həmin ərazilərdə Azərbaycan xalqına məxsus daşınmaz tarix və mədəniyyət abidələri dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq vandalizmə məruz qalıb. İşğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye obyektləri ilə yanaşı yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 2000-dən artıq tarix və mədəniyyət abidəsi bu vandalizminin qurbanına çevrilmişdir. Mədəni irsə, o cümlədən xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibət dünya irsinə qarşı yönəlmiş təhdid kimi dəyərləndirilməlidir.

Müvafiq dəlillərə və faktlara, elmi araşdırmaya və tədqiqata əsaslanmadan dünya ictimaiyyətinə təqdim olunan bu müraciətdə nüfuzlu mədəniyyət xadimlərinin iştirakı, onların erməni təbliğatının alətinə çevrilmələri təəssüf doğurur. Bu qeyri-peşəkar yanaşma həmin şəxslərin imicinə və qərəzsizliyinə kölgə salır.

Diqqətə çatdırırıq ki, UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin müdafiəsi haqqında” 1954-cü il Haaqa Konvensiyası və “Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Paris Konvensiyasına üzv dövlət olmasına baxmayaraq, Ermənistanın vaxtilə işğal etdiyi ərazilərdə Azərbaycanın mədəni irsini necə məhv etdiyi, saxtalaşdırdığı və talan etdiyi barədə təkzibedilməz faktlar və dəlillər mövcuddur.

Nazirlik Azərbaycana qarşı törədilən mədəni soyqırımın şahidi olmaq və Azərbaycanın dağıntıya və vandalizmə məruz qalan irsinin hazırki vəziyyətinə real məkanda baxış keçirmək məqsədilə Fransanın tanınmış mədəniyyət və elm xadimlərini işğaldan azad olunmuş ərazilərimizə dəvət edir.


Digər xəbərlər


Rəsul Rzanın ev-muzeyi yaradılacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabinetin...

Azərbaycan 59-cu Venesiya Biennalesində təmsil olunur

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesində – Beynəlxalq İncəsənət Sərgisində təmsil olunur...

Tofiq Mirzəyev “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni ilə təltif edilib

Tofiq İbrahim oğlu Mirzəyevə “Xalq artisti” fəxri adı verilib. Gülüstan.info xəbər verir ki, Prezident İlham Əliyev bununla ba...

Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib

Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib. Gülüstan.info xəbər verir ki, Heyd...

Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilib

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı başlayıb. Toplantını Azərbaycan Yazıçılar Birli...

Bu gün “TEKNOFEST Azərbaycan” festivalı işə başlayır

Bu gün Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı işə başlayır. Tədbir 4 gün davam edəcək. “TEKNOFES...

Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı yeni xalça kolleksiyası və kitabı təqdim olunacaq

Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub saxlanılması, inkişafı və tanıdılmasına ...

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və “AFFFAIR in Carpets” dəfiləsi olacaq

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçiriləc...