Bakı 3 ℃

USD 1.7
RUB 0.023
EUR 2.0562
TRY 0.2277
Qızıl 3123.886
Gümüş 42.8213

24.11.2020

Azərbaycan tibbi maska ixracına hazırlaşır

“Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC-nin tibbi maska istehsalı müəssisəsi bir neçə müddət bundan əvvəl tibbi maskalarını sata bilmirdi. Ehtiyatda 7 mln ədəd tibbi maska qalmışdı, lakin hazırda ehtiyatdaolan maskaların sayı 3 mln-a enib. Tibbi maskalarımızın satışında 50 %-dən çox artım var”.

Bu barədə  şirkətin rəhbəri Səkinə Babayeva bildirib.

Onun sözlərinə görə, müəssisədə hazırda istehsal prosesi davam edir: “Əməkdaşlarımız tibbi maska istehsal etməyə davam edirlər. Lakin biz ölkənin tibbi maskaya olan təlabatı artdığı üçün ehtiyat yığmağa çalışırıq. Bizim müəssisədə antibakterial tibbi maskalar istehsal olunur, onların satış qiyməti 0,12-0,17 qəpik arasıdır. Lakin bununla belə işbazlar ölkəyə bundan da ucuz maska gətirirlər. Təbii ki, bu, tibbi maskalar deyil, çünki onların qoruyucu effekti yoxdur”.

S.Babayeva ixracla bağlı məsələyə də münasibət bildirib: “İsveçrədə tibbi maskaların gigiyenik və tam olaraq steril olmasını sübüt edən sertifikat almaq üçün müraciət etmişik. Biz bununla əlaqədar birinci mərhələdən keçmişik, artıq ikinci mərhələdəyik. Qarşı tərəf bildirir ki, tibbi maskanın özündə heç bir problem aşkarlanmayıb. Hazırda isə qablaşdırma prosesinə baxış keçirilir. Yaxın günlərdə biz beynəlxalq sertifikat əldə edəcəyik. Bu sertifikat bizim xaricə məhsulumuzu satmağa imkan verəcək. İxracla bağlı müəssisəmizə müraciət edən ölkələrdə var. Beynəlxalq sertifikatı aldıqdan sonra ixraca başlayacağıq”.

Qeyd edək ki, bu ilin aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı olub. İstehsalçıya İqtisadiyyat Nazirliyinin yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1,2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün ümumi investisiya xərcləri 3,9 milyon manat təşkil edib.


Digər xəbərlər


Neftin son qiyməti

Dünya birjalarında neft qiymətlərində bahalaşma qeydə alınıb. Gulustan.info xəbər verir ki, hazırda “Brent” markalı neftin bir...

Pensiyalar artırılacaq - Nazir müavini

Ölkədə pensiyaların ilin əvvəlində indeksləşdirilərək artırılması nəzərdə tutulur. Gulustan.info-nun məlumatına görə, bunu 202...

Neftin qiyməti ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində «Brent» neftinin ixracına dair 2021-ci ...

"Brent" nefti ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində «Brent» neftinin ixracına dair 2021-ci ...

Sahibkarlara güzəştli kreditlərin verilməsi davam etdirilir

2020-ci ildə də sahibkarların maarifləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi və güzəştli kreditlərin verilməsi üzrə fəaliy...

Neft ucuzlaşıb

Dünya bazarında neftin qiyməti ucuzlaşıb. Kanal8 İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişin...

Azərbaycanda orta aylıq əmək haqqı artıb

2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda orta aylıq əmək haqqı 703,5 manat təşkil edib. Dövlət Statistika Komitəsində...

Azərbaycan nefti 56 dollardan baha satılır

Dünya birjalarında neft qiymətləri bahalaşıb. Gülüstan.info xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”)...