Bakı 3 ℃

USD 1.7
RUB 0.023
EUR 2.0562
TRY 0.2277
Qızıl 3123.886
Gümüş 42.8213

26.11.2020

Aralıq dənizinin “Tesla”-sı yol almaq üçün gün sayır

Şimali Kipr Türk Respublikasının (KKTC) ilk yerli elektrikli avtomobili olan Günsel B9 İstanbulda TÜYAP Sərgi və Konqres Mərkəzində təşkil edilən “MÜSİAD EXPO 2020” Ticarət Sərgisində təqdim edilib.

Günsel layihəsi Şimali Kipr Türk Respublikasındakı Yaxın Şərq Universiteti tərəfindən hazırlanıb. Universitetin qurucusu rektor Prof. Dr. İrfan Suat Günsel bu layihənin 50 ildir ki, ailəsi üçün xəyal olduğunu bildirib. Eyni zamanda, respublikası üçün ən maraqlı və strateji addımlardan biri olduğunu da söyləyib.

Günsel İdarə heyətinin üzvü olan Yalvaç Akgün B9-un kiprli türklərin əksəriyyəti tərəfindən sınaqdan keçirildiyini və bu testlərdən çox yaxşı rəy aldıqlarını da qeyd edib. Akgün Günsel B9 üçün kütləvi istehsalın 2021-ci ildə başlayacağını da bildirib. Bundan əlavə, hazırlanmaqda olan J9 modelini 2 il ərzində tamamlamağı da planlaşdırdıqlarını nəzərə çatdırıb.

B9 mühəndislik və dizayn baxımından Türkiyədə böyük maraq doğurub.

Türkiyənin Sənaye və Texnologiya nazirinin müavini Hasan Büyükdede MÜSİAD EXPO-da gəzərək ətraflı məlumat əldə edib. B9, Günselin ilk prototipidir. Bundan başqa, mühəndisliyi, dizaynı və proqramı tamamilə kiprli türklər tərəfindən hazırlanan Günsel tam dolmuş batareya ilə 350 kilometr qət edə bilir və 8 saniyədə 100 kilometrə çatır.

Qeyd edək ki, Günselin ilk növbədə yaxın ölkələrə və Türk dövlətlərinə ixracı gözlənilir.


Digər xəbərlər


Neftin son qiyməti

Dünya birjalarında neft qiymətlərində bahalaşma qeydə alınıb. Gulustan.info xəbər verir ki, hazırda “Brent” markalı neftin bir...

Pensiyalar artırılacaq - Nazir müavini

Ölkədə pensiyaların ilin əvvəlində indeksləşdirilərək artırılması nəzərdə tutulur. Gulustan.info-nun məlumatına görə, bunu 202...

Neftin qiyməti ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində «Brent» neftinin ixracına dair 2021-ci ...

"Brent" nefti ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində «Brent» neftinin ixracına dair 2021-ci ...

Sahibkarlara güzəştli kreditlərin verilməsi davam etdirilir

2020-ci ildə də sahibkarların maarifləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi və güzəştli kreditlərin verilməsi üzrə fəaliy...

Neft ucuzlaşıb

Dünya bazarında neftin qiyməti ucuzlaşıb. Kanal8 İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişin...

Azərbaycanda orta aylıq əmək haqqı artıb

2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda orta aylıq əmək haqqı 703,5 manat təşkil edib. Dövlət Statistika Komitəsində...

Azərbaycan nefti 56 dollardan baha satılır

Dünya birjalarında neft qiymətləri bahalaşıb. Gülüstan.info xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”)...