«Qarabağın məşhur müəllimləri» – Mirzə Xosrov Axundzadə
Təhsil Nazirliyinin «Qarabağın məşhur müəllimləri» layihəsinin növbəti siması həyatını Azərbaycanın ictimai, mədəni və maarif işlərinə sərf etmiş şəxsiyyətlərdən biri, görkəmli pedaqoq və şair Mirzə Xosrov Axundzadədir.
Gülüstan.info xəbər verir ki, o, 1889-cu il iyul ayının 13-də Şuşada anadan olub.1906-cı ildən 1913-cü ilə qədər Şuşada «Nəşr-maarif cəmiyyəti», 1913-1917-ci illərdə şəhər məktəbində müəllimlik edib.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə məktəblərin milliləşdirilməsinin fəal iştirakçısı olub və anadilli təhsili öz işi ilə təbliğ edib. 1920-ci ildə Şuşada təşkil edilmiş «Nərimaniyyə» və «Haşimiyyə» məktəbləri əhalinin maariflənməsində müstəsna rol oynayıb. Xosrov Axundzadə də bu məktəblərdə çalışırdı. O, 1928-ci ildə dərs demək üçün Xocavənd rayonuna göndərilib. 1932-ci ildə yenidən Şuşaya qayıdan Xosrov Axundzadə müəllimliyini burada davam etdirməklə yanaşı, eyni zamanda savadsızlığın ləğvi hərəkatında fəal iştirak edib. Həmçinin 1935-ci ildən başlayaraq Şuşa şəhər kütləvi kitabxanasının müdiri kimi geniş maarifləndirici iş aparıb. Şuşa şəhər 7 illik məktəbin ibtidai sinif müəllimi Xosrov Axundzadə məktəbə ilk dəfə gəlmiş uşaqların təlimi üzərində böyük əmək sərf edib. 50 illik pedaqoji fəaliyyəti dövründə öyrədə-öyrədə özü də öyrənirdi.
Qeyd edək ki, «Qarabağın məşhur müəllimləri» layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.
Digər xəbərlər

Azərbaycan “Avroviziya -2022”nin finalında
İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib. İtaliyanın...

Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir
Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir. Gulustan.info xəbər verir ki, Heydər Əliyev Fondu və Dövlət Turizm A...

Vaşinqtonda Azərbaycan Mədəniyyət Gecəsi keçirilib
Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin təşkilatçılığı və ABŞ-Azərbaycan Ticarət Palatasının dəstəyi ilə Vaşinqtonun tar...

Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalına ev sahibliyi edəcək
Mayın 5-dən 8-dək Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada mü...

Kreml sarayında Müslüm Maqomayevin 80 illiyi qeyd olunacaq
Bu gün Kreml Sarayında “XXI əsrin tenorları” art layihəsi və Rusiya Filarmoniyasının Simfonik Orkestri Müslüm Maqomayevin repertu...

Azərbaycan 59-cu Venesiya Biennalesində təmsil olunur - Fotolar
Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesində – Beynəlxalq İncəsənət Sərgisində təmsil olunur...

Əhməd Cavadın 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Prezident İlham Əliyev Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Sərəncam verib. Gulustan.info-nun məlumatına görə, S...

Şuşada Azərbaycan və Özbəkistan şairlərinin şeir məclisi keçirilib
28 ildən sonra Ermənistan işğalından azad olunmuş Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada Azərbaycan və Özbəkistan şairlərinin ...