Bakı 4 ℃

USD 1.7
RUB 0.0228
EUR 2.0327
TRY 0.2261
Qızıl 2876.434
Gümüş 42.8392

15.01.2021

Ceyhun Bayramov ICESCO-nun Baş direktoru ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.

Bu barədə Gulustan.info-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Baş direktoru səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov Azərbaycanla ISESCO arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərini vurğulayıb. Azərbaycanın öz ərazisindəki tarixi, mədəni, dini abidələrin qorunmasına hər zaman yüksək diqqət göstərdiyini bildirən nazir, hökumət tərəfindən bu sahədə görülən işləri xüsusilə vurğulayıb.

Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin ISESCO tərəfindən dəstəkləndiyini, xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı ISESCO tərəfindən verilmiş bəyanatın yüksək qiymətləndirildiyi Baş direktorun diqqətinə çatdırılıb.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tarixi-mədəni irsin dağıdılması və məhv edilməsinə diqqəti yönəldən nazir, son onilliklər ərzində Azərbaycanın bu məsələ ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara çoxsaylı müraciətlər etdiyini qeyd edib. ISESCO Baş direktorunun hazırkı səfəri çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə baş çəkməsinin onun bu ərazilərdəki vəziyyətlə əyani şəkildə tanış olması üçün əlverişli imkan yaratdığı bildirilib.

Baş direktor Salim bin Məhəmməd əl-Malik həyata keçirdiyi bu səfəri olduqca uğurlu qiymətləndirib. O, səfərin yalnız yüksək səviyyəli rəsmilərlə görüş baxımında deyil, habelə işğaldan azad olunmuş ərazilərdəki vəziyyətlə tanış olmaq baxımından səmərəli olduğunu vurğulayıb.

Ərazilərlə tanışlıq zamanı buradakı dağıntıların miqyasının, o cümlədən dini abidələr, məzarlıqlar, muzeylər, yaşayış evləri və digər tikililərin məhv edilməsinin bu dağıdıcı siyasətin onilliklər ərzində məqsədyönlü şəkildə aparılmasının bariz nümayişi olduğu qeyd olunub.

Görüşdə tərəflər, həmçinin Azərbaycan-ISESCO əməkdaşlığının gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.


Digər xəbərlər


“Ermənilər bütün müsəlmanların dini hisslərini təhqir ediblər” - Prezidentin köməkçisi

“Bədnam qonşularımızın törətdiyi vəhşiliklərin ən bariz nümunələrindən biri də Merdinli məscididir”. Bunu Azərbaycan Preziden...

Prezident bu qadınları təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan qadınlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Gulustan.info xəbər verir ki, sərə...

Diplomatik korpus nümayəndələri işğaldan azad edilmiş ərazilərinə getdilər

«Prezident İlham Əliyevin göstərişi ilə diplomatik korpusların nümayəndələrini Azərbaycanın azad edilmiş Füzuli, Qubadlı və ...

Azərbaycan XİN-dən Ermənistan XİN-ə: Şərh vermədən öncə 10 noyabr bəyanatı ilə tanış olsun

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN nümayən...

"Üç il ərzində ölkədə bir çox önəmli hadisələr baş verib" - Prezident

«Yeni Azərbaycan Partiyasının VI qurultayından ötən üç il ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olub. Üç il ərzində öl...

Əli Əsədovla Türkiyənin Vitse-prezidenti arasında telefon danışığı olub

Martın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında tel...

Hikmət Hacıyev İsrailə təşəkkür edib: "Bir həyatı xilas edən bütün dünyanı xilas edir"

“Yaralı həbrçilərə oftalmologiya sahəsində göstərilən tibbi yardıma görə İsrailin səhiyyə işçiləri komandasına və səfirliyinə min...

YAP-ın qurultayı keçirilir - Prezident İlham Əliyev qurultaya videokonfrans vasitəsilə qoşulub

YAP sədri videokonfrans vasitəsilə qurultaya qoşuldu Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı başlayıb. ...