Bakı 19 ℃

USD 1.7
RUB 0.0292
EUR 1.8128
TRY 0.1065
Qızıl 3154.673
Gümüş 36.9838

03.02.2021

“Avroviziya-2021”də Azərbaycanı müğənni Əfəndi təmsil edəcək

İctimai Televiziya və Radio Yayımları Şirkəti «Avroviziya-2021» Beynəlxalq Mahnı Müsabiqəsi üçün musiqi qəbulunu başa çatdırıb.

Müsabiqənin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri İsa Məlikovun bildirdiyinə görə, seçim mərhələsinə yerli və xarici müəlliflərdən 229 kompozisiya təqdim olunub.

«Komandamız hər bir mahnını layiqincə qiymətləndirmək üçün onaların hər birini bir neçə dəfə dinlədi. Onların arasında həqiqətən gözəl kompozisiyalar var idi, onlardan altı ən yaxşısı bizim şort-listimizə düşmüşdü. Hər zaman olduğu kimi, janrdan asılı olmayaraq, gözəl və peşəkar mahnı axtarmağa çalışdıq. Lakin bu il də ilk növbədə biz onun ifaçı ilə nə dərəcədə uzlaşacağını nəzərə alırdıq», — deyə bəstəkar və prodüser İsa Məlikov qeyd edib.

Nümayəndə heyətinin rəhbəri bildirib ki, Avropa Yayım Birliyinin (AYB) tələblərinə uyğun olaraq, hər bir mahnının müddəti 3 dəqiqədən çox olmamalıdır. Seçim prosesinə əsasən, mahnı növbəti mərhələdə müxtəlif ölkələrdən olan 50-dən çox «Avroviziya» mütəxəssisindən ibarət beynəlxalq fokus-qrupunun səsverməsi əsasında seçiləcək.

Mahnının rəsmi təqdimatı martın ikinci həftəsində baş tutacaq. Müsabiqədə ölkəmizi müğənni Əfəndi təmsil edəcək.

Bu il «Avroviziya» mahnı müsabiqəsinin yarımfinal mərhələsinin mayın 18-i və 20-də, final mərhələsinin isə mayın 22-də Rotterdam (Niderland) şəhərində keçiriləcəyi planlaşdırılır.


Digər xəbərlər


Azərbaycan “Avroviziya -2022”nin finalında

İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib. İtaliyanın...

Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir

Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir. Gulustan.info xəbər verir ki, Heydər Əliyev Fondu və Dövlət Turizm A...

Vaşinqtonda Azərbaycan Mədəniyyət Gecəsi keçirilib

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin təşkilatçılığı və ABŞ-Azərbaycan Ticarət Palatasının dəstəyi ilə Vaşinqtonun tar...

Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalına ev sahibliyi edəcək

Mayın 5-dən 8-dək Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada mü...

Kreml sarayında Müslüm Maqomayevin 80 illiyi qeyd olunacaq

Bu gün Kreml Sarayında “XXI əsrin tenorları” art layihəsi və Rusiya Filarmoniyasının Simfonik Orkestri Müslüm Maqomayevin repertu...

Azərbaycan 59-cu Venesiya Biennalesində təmsil olunur - Fotolar

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesində – Beynəlxalq İncəsənət Sərgisində təmsil olunur...

Əhməd Cavadın 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Sərəncam verib. Gulustan.info-nun məlumatına görə, S...

Şuşada Azərbaycan və Özbəkistan şairlərinin şeir məclisi keçirilib

28 ildən sonra Ermənistan işğalından azad olunmuş Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada Azərbaycan və Özbəkistan şairlərinin ...