Bakı 19 ℃

USD 1.7
RUB 0.0292
EUR 1.8128
TRY 0.1065
Qızıl 3154.673
Gümüş 36.9838

03.02.2021

Milli parklarda «Açıq qapı» günü keçirilib

2 fevral “Ümumdünya Su-Bataqlıq Əraziləri günü” ilə əlaqədar Şirvan Milli Parkında “açıq qapı” günü və elmi-məlumatlandırıcı seminar keçirilib.

Gulustan.info-nun məlumatına görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, tədbirdə İDEA İctimai Birliyinin, Ümumdünya Təbiəti Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin, Azərbaycan Ornitoloji Cəmiyyətinin, Azərbaycan Turizm Agentliyinin, ETSN-nin əməkdaşları və ekokönüllülər iştirak edib.

“Seminarda köçəri quşların miqrasiya marşrutu üzərində yerləşən Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin əhəmiyyəti, nadir quş növlərinin mühafizəsi və quşların müşahidəsi turizminin (bird watching) inkişafı ilə bağlı müzakirələr aparılıb. Daha sonra iştirakçılar milli parkın “Qızılqaz gölü” marşrutunda su-bataqlıq quşlarını müşahidə edib”.

Xidmət rəsmisi bildirib ki, “açıq qapı” günləri Qızılağac və Ağgöl Milli Parklarında da keçirilib.

“Qeyd edək ki, su-bataqlıq ərazilərindən səmərəli istifadə edilməsi və qorunması məqsədilə 1971-ci il fevralın 2-də İranın Ramsar şəhərində su-bataqlıq əraziləri haqqında Konvensiya imzalanıb və həmin gündən etibarən 2 fevral tarixi “Ümumdünya Su-Bataqlıq Əraziləri günü” kimi qeyd olunur. Azərbaycanın Ağgöl və Qızılağac Milli Parkları mühüm su-bataqlıq əraziləri kimi Konvensiyanın “Ramsar Siyahısı”na daxil edilib”.


Digər xəbərlər


Azərbaycan “Avroviziya -2022”nin finalında

İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib. İtaliyanın...

Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir

Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir. Gulustan.info xəbər verir ki, Heydər Əliyev Fondu və Dövlət Turizm A...

Vaşinqtonda Azərbaycan Mədəniyyət Gecəsi keçirilib

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin təşkilatçılığı və ABŞ-Azərbaycan Ticarət Palatasının dəstəyi ilə Vaşinqtonun tar...

Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalına ev sahibliyi edəcək

Mayın 5-dən 8-dək Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada mü...

Kreml sarayında Müslüm Maqomayevin 80 illiyi qeyd olunacaq

Bu gün Kreml Sarayında “XXI əsrin tenorları” art layihəsi və Rusiya Filarmoniyasının Simfonik Orkestri Müslüm Maqomayevin repertu...

Azərbaycan 59-cu Venesiya Biennalesində təmsil olunur - Fotolar

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesində – Beynəlxalq İncəsənət Sərgisində təmsil olunur...

Əhməd Cavadın 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Sərəncam verib. Gulustan.info-nun məlumatına görə, S...

Şuşada Azərbaycan və Özbəkistan şairlərinin şeir məclisi keçirilib

28 ildən sonra Ermənistan işğalından azad olunmuş Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada Azərbaycan və Özbəkistan şairlərinin ...