Bakı 20 ℃

USD 1.7
RUB 0.0292
EUR 1.8128
TRY 0.1065
Qızıl 3154.673
Gümüş 36.9838

16.03.2021

Azərbaycan cazının banisi Vaqif Mustafazadənin doğum günüdür

Bu gün Azərbaycan cazının banisi Vaqif Mustafazadənin doğum günüdür.


Bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycan SSR əməkdar artisti Vaqif Əziz oğlu Mustafazadə 16 mart 1940-cı ildə Bakıda, İçəri Şəhərdə doğulub.

Atasının ölümündən sonra anası Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayır. O, məktəbdə musiqi müəllimi idi.


Vaqif Mustafazadə 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib Bakı Musiqi Akademiyasına daxil olub. Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış edirdi. O, əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edirdi. Vaqif Mustafazadənin məşhurlaşması da elə həmin zamandan başlayır.


O, 1964-cü ildən «Orero” ansamblına, «Qafqaz” caz üçlüyünə, «Leyli” və «Sevil” qadın vokal instrumental və «Muğam” instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının laureatı olub.
1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra 100-lərlə naməlum şəxs içindən Vaqif Mustafazadənin adı çəkilir. O, Monako caz festivalından vətənə «Ağ royal” mükafatı ilə qayıdır.


Bəstəkar fortepiano və simfonik orkestr üçün konsertin, «Muğam” simfoniyasının, bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir. Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanır. O, Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.


Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış «Muğam” simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına, 1982-ci ildə, ölümündən sonra isə Azərbaycan Dövlət Mükafatına layiq görülüb.


Dahi bəstəkar, 16 dekabr 1979-cu ildə Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib. Bakıda dəfn olunub.
Qeyd edək ki, Vaqif Mustafazadənin həyat yoldaşı Eliza Mustafazadə Azərbaycanda peşəkar caz-muğam tərzində oxuyan ilk qadındır.


Digər xəbərlər


Azərbaycan “Avroviziya -2022”nin finalında

İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib. İtaliyanın...

Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir

Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir. Gulustan.info xəbər verir ki, Heydər Əliyev Fondu və Dövlət Turizm A...

Vaşinqtonda Azərbaycan Mədəniyyət Gecəsi keçirilib

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin təşkilatçılığı və ABŞ-Azərbaycan Ticarət Palatasının dəstəyi ilə Vaşinqtonun tar...

Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalına ev sahibliyi edəcək

Mayın 5-dən 8-dək Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada mü...

Kreml sarayında Müslüm Maqomayevin 80 illiyi qeyd olunacaq

Bu gün Kreml Sarayında “XXI əsrin tenorları” art layihəsi və Rusiya Filarmoniyasının Simfonik Orkestri Müslüm Maqomayevin repertu...

Azərbaycan 59-cu Venesiya Biennalesində təmsil olunur - Fotolar

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesində – Beynəlxalq İncəsənət Sərgisində təmsil olunur...

Əhməd Cavadın 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Sərəncam verib. Gulustan.info-nun məlumatına görə, S...

Şuşada Azərbaycan və Özbəkistan şairlərinin şeir məclisi keçirilib

28 ildən sonra Ermənistan işğalından azad olunmuş Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada Azərbaycan və Özbəkistan şairlərinin ...