Bakı 19 ℃

USD 1.7
RUB 0.0307
EUR 1.8199
TRY 0.1052
Qızıl 3167.202
Gümüş 37.5012

21.05.2021

Mədəniyyət Nazirliyi Tahir Salahovun vəfatı ilə əlaqədar nekroloq yayıb

Mədəniyyət Nazirliyi Azərbaycanın dünya şöhrətli rəssamı Tahir Salahovun vəfatı ilə əlaqədar nekroloq yayıb.

Gulustan.info xəbər verir ki, nekroloqda deyilir:

«Azərbaycan incəsənətinə ağır itki üz verib. Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, dünya şöhrətli fırça ustası Tahir Teymur oğlu Salahov 21 may 2021-ci ildə, ömrünün 92-ci ilində vəfat edib.

Tahir Salahov müasir rəssamlıq məktəbinin görkəmli nümayəndəsi olaraq uzunmüddətli səmərəli və bənzərsiz yaradıcılığı ilə zəngin mədəniyyət salnaməmizə yeni səhifələr yazıb. Onun milli sənət xəzinəmizin qızıl fondunda özünə həmişəlik layiqli yer tutan əsərləri Azərbaycan təsviri sənətinə geniş şöhrət qazandırıb. Fırça ustasının Azərbaycan incəsənətinin çoxəsrlik ənənələrini Avropa boyakarlıq məktəbinin nailiyyətləri ilə birləşdirən, mövzu, forma, janr əlvanlığı və estetik kamilliyi ilə seçilən ecazkar rəsmləri ülvi bəşəri dəyərlər və ali məqsədlər naminə humanist fikirlər təlqin edir.

Azərbaycanın (1963) və SSRİ-nin (1973) “Xalq rəssamı” fəxri adlarına layiq görülən sənətkar müstəqil respublikamızın da ən ali təltiflərinə – 1998-ci ildə “İstiqlal”, 2008-ci ildə “Heydər Əliyev” ordenlərinə, 2015-ci ildə Heydər Əliyev mükafatına, 2018-ci ildə isə 90 illik yubileyi ərəfəsində 1-ci dərəcəli “Əmək” ordeninə layiq görülüb.

Rəssamın müxtəlif ölkələrdə mötəbər məkanlarda sərgiləri keçirilib. Onun əl işləri hazırda da yüksək titullara layiq görülərək yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da dünya muzeyləri və qalereyalarında nümayiş etdirilir.

Uzun illər SSRİ Rəssamlar İttifaqı İdarə heyətinin birinci katibi olan Tahir Salahov 20 ildən çox idi Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti kimi fəaliyyət göstərirdi.

Tahir Salahovun işıqlı xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaq.

Allah rəhmət eləsin».


Digər xəbərlər


Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı yeni xalça kolleksiyası və kitabı təqdim olunacaq

Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub saxlanılması, inkişafı və tanıdılmasına ...

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və “AFFFAIR in Carpets” dəfiləsi olacaq

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçiriləc...

Azərbaycan “Avroviziya -2022”nin finalında

İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib. İtaliyanın...

Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir

Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir. Gulustan.info xəbər verir ki, Heydər Əliyev Fondu və Dövlət Turizm A...

Vaşinqtonda Azərbaycan Mədəniyyət Gecəsi keçirilib

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin təşkilatçılığı və ABŞ-Azərbaycan Ticarət Palatasının dəstəyi ilə Vaşinqtonun tar...

Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalına ev sahibliyi edəcək

Mayın 5-dən 8-dək Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada mü...

Kreml sarayında Müslüm Maqomayevin 80 illiyi qeyd olunacaq

Bu gün Kreml Sarayında “XXI əsrin tenorları” art layihəsi və Rusiya Filarmoniyasının Simfonik Orkestri Müslüm Maqomayevin repertu...

Azərbaycan 59-cu Venesiya Biennalesində təmsil olunur - Fotolar

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesində – Beynəlxalq İncəsənət Sərgisində təmsil olunur...