Bakı 21 ℃

USD 1.7
RUB 0.0234
EUR 1.9961
TRY 0.1939
Qızıl 2978.6975
Gümüş 38.5448

25.08.2021

Mehriban Əliyeva ilə bağlı iki film hazırlandı — VİDEO

Azərbaycan Televiziyası Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyat və fəaliyyəti ilə bağlı iki sənədli film hazırlayıb.

Qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatına görə, filmlərdən biri “Birinci xanım”, digəri isə “Bir görüşün xatirəsi” adlanır.

“Birinci xanım” adlı sənədli filmdə Mehriban Əliyevanın həyatı, fəaliyyəti barədə ətraflı məlumat verilib, keçirdiyi görüşlər, vətəndaşlarla səmimi anlar, ən təsirli nitqlərindən hissələr yer alıb.

Filmdə birinci xanımın Vətən müharibəsindən əvvəl “Qarabağ şikəstəsi”ni Qarabağ torpağında dinləmək arzusunu dilə gətirməsi, zəfərdən sonra isə diləyinin həyata keçdiyi kövrək anlara da yer ayrılıb.

“Birinci xanım” sənədli filmi 26 avqust saat 15:00-da AzTV-də yayımlanacaq.

AzTV-nin birinci xanıma həsr etdiyi ikinci film isə “Bir görüşün xatirəsi” adlanır. Film Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın görüşdüyü, səmimi söhbətlər etdiyi vətəndaşların müsahibələri əsasında hazırlanıb. Onlar Mehriban Əliyeva ilə söhbətlərindən söz açıblar.

Filmdə 2014-cü ildə Prezident İlham Əliyev xanımı ilə Gəncədə səfərdə olarkən onları öz ad gününə dəvət edən 11 yaşlı Ümid Həbibovun Prezident Sarayına gəlişinə yer verilib. O, Prezident ailəsi ilə bağlı belə bir fikir səsləndirib: “Mən müəyyən elədim ki, onların sıravi vətəndaşlardan heç bir fərqi yoxdur”.

Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəldiyi Həsənovlar ailəsinin də Prezident və xanımı ilə səmimi görüşündən xatirələri yer alıb.

Daha sonra isə filmdə birinci xanımın autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzində onlarla birgə tort hazırlaması, musiqi ifa etməsindən fraqmentlər əks olunub. Uşaqlar birinci xanım Mehriban Əliyeva ilə görüşlərindən xatirələrini “Bir görüşün xatirəsi” filmində dilə gətiriblər.

Film avqustun 26-sı saat 21:30-da AzTV-də yayımlanacaq.

AzTV-nin hazırladığı hər iki film TV-nin feysbuk səhifəsində (aztvresmi) də canlı yayımlanacaq.

Qeyd edək ki, Əliyeva Mehriban Arif qızı 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub.


Digər xəbərlər


Azərbaycanın “Avroviziya-2022”də iştirakı təsdiqlənib

Gələn il İtaliyada keçiriləcək “Avroviziya-2022” mahnı müsabiqəsində ölkəmizin iştirakı təsdiqlənib. İctimai Televiziya və Rad...

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Gulustan.info-nun məlumatına görə, mədəniyyət xadimləri Şuşay...

Leyla Əliyevanın kitabı fin dilində nəşr olunub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Açıq pəncərə” şeirlər toplusu Diasporla İş üzrə Dövlət Komitəsinin dəst...

Şuşada Vaqif Poeziya Günləri davam edir

Şuşada keçirilən Vaqif Poeziya Günlərinin ikinci gününün proqramı da zəngindir. Gulustan.info xəbər verir ki, Azərbaycanın məd...

Heydər Əliyev Fondu Şuşada “Qarabağın mədəni irsi” nəşrini təqdim edib

Heydər Əliyev Fondu “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusu hazırlayıb. Topluya ədəbiyyat, musiqi, memarlıq sahələrini, xalq...

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyi keçiriləcək

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imza...

Heydər Əliyev Fondunun dəstəyi ilə Pekində “Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” adlı tədbir keçirilib (FOTO)

Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki katibliyində “Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” adlı tədbir keçirilib. “Niz...

Fuad Poladovun doğum günüdür

Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi...