Bakı 21 ℃

USD 1.7
RUB 0.0234
EUR 1.9961
TRY 0.1939
Qızıl 2978.6975
Gümüş 38.5448

13.09.2021

Ağstafa və Qazaxda 16 ədəd subartezian quyusu qazılacaq — SƏRƏNCAM

Prezident İlham Əliyev Ağstafa və Qazax rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam verib.

Gulustan.info xəbər verir ki, Sərəncamda deyilir:

— Ağstafa və Qazax rayonlarının əhalisi 49420 nəfər olan 14 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 16 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,12 milyon (bir milyon bir yüz iyirmi min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

— Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

— Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


Digər xəbərlər


Ceyhun Bayramov BMT rəsmisini Ermənistanın xarici terrorçulardan istifadə etməsi barədə məlumatlandırıb

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində BMT Baş katibinin terrorla mübarizə üzrə...

Milli Məclisin iclasının tarixi və gündəliyi AÇIQLANIB

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı və gündəliyi açıqlanıb. Sentyabrın 30-da keçiriləcək toplantının ...

Ceyhun Bayramov iranlı həmkarı ilə bölgədəki vəziyyəti müzakirə edib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində İranın xarici işlər naziri H...

Azərbaycan və Finlandiya XİN başçıları arasında görüş olub

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Finlandiyanın xarici işlər n...

Azərbaycan və Macarıstan arasında saziş imzalanıb

BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Macarıstan xarici işlər naziri Peter Siy...

Suraxanıda yolların yenidən qurulmasında 6 milyon manat ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilmə...

Ceyhun Bayramov ATƏT sədri ilə görüşüb

BMT Baş Assambleyasının 76-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveç xarici işlər naziri, ...

ABŞ dövlət katibinin müavini Azərbaycana təşəkkür etdi

ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Azərbaycana təşəkkür edib. V.Nuland tvitterdəki hesabında Azərbaycanın xarici iş...