Bakı 23 ℃

USD 1.7
RUB 0.0234
EUR 1.9961
TRY 0.1939
Qızıl 2978.6975
Gümüş 38.5448

13.09.2021

Türkiyə XİN başçısının müavini Azərbaycana gəlib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər nazirinin müavini Faruk Kaymakcının rəhbərliik etdiyi nümayəndə heyətini qəbul edib.

Gulustan.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Nazir Ceyhun Bayramov iki qardaş ölkə arasında mövcud olan və dinamik şəkildə inkişaf edən ikitərəfli əməkdaşlıq məsələlərinin geniş gündəliyi üzrə fikirlərini qarşı tərəflə bölüşüb. Eyni zamanda, çoxtərəfli platformalarda həyata keçirilən əməkdaşlığımızın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Nazir müavini Faruk Kaymakçı nazir Mevlüt Çavuşoğlunun salamlarını çatdırıb. İki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin inkişafını məmnunluqla qeyd etdi. Nazir müavini Türkiyədə baş verən yanğınlar zamanı Azərbaycanın yardımını yüksək qiymətləndirərək, bu xüsusda təşəkkürünü ifadə edib.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və digər çoxtərəfli çərçivələrdə əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparıblar.


Digər xəbərlər


Ceyhun Bayramov iranlı həmkarı ilə bölgədəki vəziyyəti müzakirə edib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində İranın xarici işlər naziri H...

Azərbaycan və Finlandiya XİN başçıları arasında görüş olub

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Finlandiyanın xarici işlər n...

Azərbaycan və Macarıstan arasında saziş imzalanıb

BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Macarıstan xarici işlər naziri Peter Siy...

Suraxanıda yolların yenidən qurulmasında 6 milyon manat ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilmə...

Ceyhun Bayramov ATƏT sədri ilə görüşüb

BMT Baş Assambleyasının 76-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveç xarici işlər naziri, ...

ABŞ dövlət katibinin müavini Azərbaycana təşəkkür etdi

ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Azərbaycana təşəkkür edib. V.Nuland tvitterdəki hesabında Azərbaycanın xarici iş...

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi açıqlanıb

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı və gündəliyi açıqlanıb. Gulustan.info-nun əldə etdiyi məlumata gö...

Ceyhun Bayramov Avropa Şurasının baş katibi ilə görüşüb

BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində sentyabrın 22-də xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının baş ka...