Bakı 23 ℃

USD 1.7
RUB 0.0234
EUR 1.9961
TRY 0.1939
Qızıl 2978.6975
Gümüş 38.5448

14.09.2021

«Kimsə əyri yolla getsə, biz ondan gec-tez xəbər tutacağıq» — İlham Əliyev

«Ümid edirəm ki, siz mən deyən kimi işləyəcəksiniz. Eyni zamanda, Cəlilabad və Şəmkir rayonlarının sakinləri, fəallar gərək daim sizin fəaliyyətinizlə bağlı öz təhlillərini aparsınlar».

Bu fikirləri Prezident İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

«İctimai nəzarət güclü olmalıdır. İctimai nəzarətin gücləndirilməsi üçün siz yerlərdə təşəbbüs göstərməlisiniz ki, fəallar bu quruculuq-abadlıq işlərinə qoşulsunlar. Eyni zamanda, dövlət orqanlarında təmsil olunan məmurların işi də elə şəffaf olmalıdır ki, ictimai nəzarət də bunu təsdiqləsin. Onsuz da bizim kifayət qədər informasiya mənbələrimiz var və əgər nə isə orada düzgün istiqamətdə getməsə, kimsə əyri yolla getsə, biz ondan gec-tez xəbər tutacağıq. Ona görə, bu da nəzərə alınmalıdır.

Mən bir daha demək istəyirəm ki, sizə böyük etimad göstərilir. Ümid edirəm ki, siz bu etimadı öz işinizlə doğruldacaqsınız», — dövlət başçısı bildirib.


Digər xəbərlər


“Taliban” Əfqanıstanda İŞİD üzvlərini tamamilə məhv edəcəyini açıqlayıb

“Taliban” Əfqanıstanda İŞİD qruplaşmasının üzvlərini tamamilə məhv etmək üçün tədbirlər görür. Bu barədə Əfqanıstanın müvəqqət...

Nazirlik abidələrin ucaldılması qaydasını açıqlayıb

«Heykəllər, büst və barelyeflər qədim zamanlardan günümüzə kimi həyatımızda mövcud olan mühüm sənət nümunələridir. Dünya şəh...

"BakıKart"ın balansını onlayn artırmaq mümkün olub

Bakı Nəqliyyat Agentliyinin (BNA) həyata keçirdiyi tədbirlər nəticəsində mövcud avtobus parkının 70%-dən çoxu “BakıKart” sistemin...

Yaxın iki gündə hava qeyri-sabit olacaq

Sentyabrın 25-dən 26-na keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə ...

Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq kursu uğurla bitiriblər

İstanbuldakı Xilasetmə və Sualtı Komandanlığında Azərbaycan və Somali Hərbi Dəniz Qüvvələrinin hərbçiləri üçün keçirilən «Be...

Azərbaycan Prezidenti Qarabağdakı rusiyalı sülhməramlıların fəaliyyətini yüksək qiymətləndirib

«Qarabağ regionunda rusiyalı sülhməramlılarının olması nəzərə alınmaqla qarşılıqlı fəaliyyət daha sıx, əlaqələr daha fəal ol...

FHN məlumat yayıb

Sentyabrın 23-ü gecə saatlarından başlayaraq respublikanın şimal-qərb bölgəsinə yağan intensiv yağışlar nəticəsində bir sıra dağ ...

Bu ölkədən heyvan mənşəli məhsulların Azərbaycana gətirilməsinə qadağa qoyulub

İngiltərənin Somerset dairəsindən heyvan mənşəli məhsulların Azərbaycana gətirilməsinə qadağa qoyulub. Azərbaycan Qida Təhlükə...