Bakı 22 ℃

USD 1.7
RUB 0.0234
EUR 1.9961
TRY 0.1939
Qızıl 2978.6975
Gümüş 38.5448

14.09.2021

Prezident yeni icra başçılarına: «Sizdən əvvəl işləyənlərin aqibəti daim sizin gözünüzün qabağında olmalıdır»

«Eyni zamanda, siz çalışmalısınız ki, rayonlara investisiyalar cəlb edəsiniz, həm yerli, həm xarici. Burada da fəallıq göstərilməlidir. Çünki özəl investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz. Dövlət hər şeyi öz boynuna götürə bilməz».

Gulustan.info xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

«Onsuz da bütün ölkə üzrə bütün bu quruculuq-abadlıq işləri dövlət investisiya xətti ilə görülmüşdür və sahibkarlara şərait yaradılmalıdır. Sahibkarlara imkanlar verilməlidir ki, gəlsinlər öz vəsaitlərini qoysunlar, iş yerləri yaratsınlar. Ancaq iş görmək istəyən sahibkar bəzi hallarda problemlərlə üzləşir, ona qarşı hansısa əsassız tələblər qoyulur, ondan pay istənilir və sahibkar da küsüb gedir, ümumiyyətlə, nə iş yeri yaradır, nə müəssisə yaradır, çıxıb gedir. Bu hallar da var. Buna da son qoyulmalıdır. Sahibkar əmin olmalıdır ki, o, ancaq dövlətin vergisini ödəməlidir, vəssalam. Xüsusilə nəzərə alınmalıdır ki, həm Cəlilabad, həm Şəmkir rayonlarının çox böyük potensialı var, münbit torpaqları var, insan resursları var, hazırlıqlı kadr potensialı var. Hər iki rayonun əhalisi də kifayət qədər böyükdür, digər rayonlarla müqayisədə çox böyük sənaye və kənd təsərrüfatı, turizm potensialı var. Bunlardan səmərəli şəkildə istifadə etmək lazımdır. Baxın, dövlət hər şeyi edib, gözəl yollar, qaz xətləri, elektrik xətləri, su xətləri çəkilib, suvarma sistemləri, su anbarları yaradılıb, xəstəxanalar, məktəblər, idman qurğuları tikilib. Qalan işləri yerlərdəki rəhbərlər etməlidirlər. Ona görə, bu da sizə verdiyim tapşırıqlardan biridir və elə işləməlisiniz ki, bir də demək istəyirəm, insanlar sizdən razı qalsınlar, rayonlarda işlər yaxşı getsin, inkişaf olsun, quruculuq olsun, abadlıq olsun. Belə olan halda siz məndən yüksək qiymət alacaqsınız. Əks təqdirdə, sizi nələr gözləyir, sizdən əvvəl işləyənlərin aqibəti daim sizin gözünüzün qabağında olmalıdır», — dövlət başçısı bildirib.


Digər xəbərlər


Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANIB

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 128 yeni yoluxma faktı qeydə alınıb, 2 590 nəfər müalicə olunar...

Mehriban Əliyeva Bakının Binə qəsəbəsində yeni inşa edilən 88 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

Sentyabrın 24-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Bakının Xəzər rayonunun Binə qəsəbəsi...

Müdafiə Nazirliyi açıqlama yayıb

Müdafiə Nazirliyi vətəndaş Ağayev Rahib Savadxan oğlunun narazılığını əks etdirən videogörüntülərlə bağlı məlumat yayıb. Gulu...

“Taliban” Əfqanıstanda İŞİD üzvlərini tamamilə məhv edəcəyini açıqlayıb

“Taliban” Əfqanıstanda İŞİD qruplaşmasının üzvlərini tamamilə məhv etmək üçün tədbirlər görür. Bu barədə Əfqanıstanın müvəqqət...

Nazirlik abidələrin ucaldılması qaydasını açıqlayıb

«Heykəllər, büst və barelyeflər qədim zamanlardan günümüzə kimi həyatımızda mövcud olan mühüm sənət nümunələridir. Dünya şəh...

"BakıKart"ın balansını onlayn artırmaq mümkün olub

Bakı Nəqliyyat Agentliyinin (BNA) həyata keçirdiyi tədbirlər nəticəsində mövcud avtobus parkının 70%-dən çoxu “BakıKart” sistemin...

Yaxın iki gündə hava qeyri-sabit olacaq

Sentyabrın 25-dən 26-na keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə ...

Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq kursu uğurla bitiriblər

İstanbuldakı Xilasetmə və Sualtı Komandanlığında Azərbaycan və Somali Hərbi Dəniz Qüvvələrinin hərbçiləri üçün keçirilən «Be...