Bakı 23 ℃

USD 1.7
RUB 0.0234
EUR 1.9961
TRY 0.1939
Qızıl 2978.6975
Gümüş 38.5448

14.09.2021

Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılıb

“İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” ölkə Prezidentinin fərmanı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılıb. Hazırda Baş İdarənin strukturunun formalaşdırılması, onun işçi qüvvəsinin planlaşdırılması, fəaliyyətinin təşkili ilə bağlı zəruri təminat məsələlərinin həll edilməsi üzərində iş aparılır.

Komitədən Gulustan.info-ya verilən məlumata görə, strukturun əsas bölmələrinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında şəhərsalma və memarlıq məsələlərinin icrası, dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi, tikintiyə və istismara icazələrin verilməsi, eləcə də İdarənin fəaliyyətinin dəstəklənməsi məqsədilə digər təminedici struktur vahidlərindən ibarət olması nəzərdə tutulub. Baş İdarənin statusu mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabərdir və Komitənin strukturuna daxil olan qurumdur. Bununla əlaqədar olaraq, Baş İdarədə dövlət qulluğu vəzifələrinə qəbul “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan müsabiqə əsasında həyata keçiriləcək.

Ətraflı məlumat üçün [email protected] elektron poçt ünvanına və ya (+994 12) 595 13 50 və 493 34 67 (daxili 137 və 144) əlaqə nömrələrinə müraciət etmək mümkündür.


Digər xəbərlər


Müdafiə Nazirliyi açıqlama yayıb

Müdafiə Nazirliyi vətəndaş Ağayev Rahib Savadxan oğlunun narazılığını əks etdirən videogörüntülərlə bağlı məlumat yayıb. Gulu...

“Taliban” Əfqanıstanda İŞİD üzvlərini tamamilə məhv edəcəyini açıqlayıb

“Taliban” Əfqanıstanda İŞİD qruplaşmasının üzvlərini tamamilə məhv etmək üçün tədbirlər görür. Bu barədə Əfqanıstanın müvəqqət...

Nazirlik abidələrin ucaldılması qaydasını açıqlayıb

«Heykəllər, büst və barelyeflər qədim zamanlardan günümüzə kimi həyatımızda mövcud olan mühüm sənət nümunələridir. Dünya şəh...

"BakıKart"ın balansını onlayn artırmaq mümkün olub

Bakı Nəqliyyat Agentliyinin (BNA) həyata keçirdiyi tədbirlər nəticəsində mövcud avtobus parkının 70%-dən çoxu “BakıKart” sistemin...

Yaxın iki gündə hava qeyri-sabit olacaq

Sentyabrın 25-dən 26-na keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə ...

Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq kursu uğurla bitiriblər

İstanbuldakı Xilasetmə və Sualtı Komandanlığında Azərbaycan və Somali Hərbi Dəniz Qüvvələrinin hərbçiləri üçün keçirilən «Be...

Azərbaycan Prezidenti Qarabağdakı rusiyalı sülhməramlıların fəaliyyətini yüksək qiymətləndirib

«Qarabağ regionunda rusiyalı sülhməramlılarının olması nəzərə alınmaqla qarşılıqlı fəaliyyət daha sıx, əlaqələr daha fəal ol...

FHN məlumat yayıb

Sentyabrın 23-ü gecə saatlarından başlayaraq respublikanın şimal-qərb bölgəsinə yağan intensiv yağışlar nəticəsində bir sıra dağ ...