Bakı 23 ℃

USD 1.7
RUB 0.0234
EUR 1.9961
TRY 0.1939
Qızıl 2978.6975
Gümüş 38.5448

14.09.2021

Təhsil Nazirliyi yeni tədris ili ilə bağlı tapşırıqlar verib

Ümumi, məktəbdənkənar və orta ixtisas təhsili müəssisələrində mövcud vəziyyət, yeni tədris ilinə hazırlıq və qarşıda duran vəzifələrə həsr olunan onlayn müşavirələr keçirilib.

Gulustan.info xəbər verir ki, təhsil nazirinin müavini Firudin Qurbanovun iştirakı ilə keçirilən müşavirələrdə rayon (şəhər) təhsil şöbə (idarə) müdirləri, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin, uşaq-gənclər idman-şahmat məktəblərinin direktorları və respublika ərazisində fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin direktorları da iştirak ediblər.

Müşavirələrdə çıxış edən nazir müavini Firudin Qurbanov yeni tədris ilinə hazırlıqla bağlı görüləcək işlər barədə danışıb, təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili zamanı nizam-intizam və təhlükəsizlik məsələlərinə toxunub, xüsusi karantin rejiminin qaydalarına riayət edilməsinə dair tövsiyə və tapşırıqlarını verib.

Müşavirələrdə təhsil işçilərinin vaksinasiyası prosesinə də toxunulub. Qeyd edilib ki, vaksinasiya və ya immun pasportu, vaksinə qarşı əks göstəriş sertifikatı olmayan müəllim və texniki işçilərin təhsil müəssisələrinə buraxılmasına icazə verilməyəcək. Həmçinin bildirilib ki, pandemiya şəraitində tədrisə əyani başlamaq üçün zəruri tədbirlər həyata keçirilib, təhsil müəssisələrinin yeni tədris ilinə hazırlıqları ilə bağlı sanitar-gigiyenik normalara əməl olunması ilə bağlı müvafiq iş aparılıb.

Müşavirələrdə sözügedən təhsil müəssisələrində mövcud vəziyyət, qarşıda duran vəzifələrə dair fikir mübadiləsi aparılıb, gündəlikdəki məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Nazir müavini Firudin Qurbanov sonda çıxış edərək 2021-2022-ci tədris ilinə hazırlıqla bağlı məsələlərin sürətləndirilməsini diqqətə çatdırıb, yeni tədris ilinin başlanmasınadək təhsil işçilərinin daha çox sayda vaksinasiya prosesinə qoşulmasının vacibliyini vurğulayıb və qarşıdan gələn yeni tədris ili münasibətilə pedaqoji kollektivlərə uğurlar arzulayıb.


Digər xəbərlər


Nazirlik abidələrin ucaldılması qaydasını açıqlayıb

«Heykəllər, büst və barelyeflər qədim zamanlardan günümüzə kimi həyatımızda mövcud olan mühüm sənət nümunələridir. Dünya şəh...

"BakıKart"ın balansını onlayn artırmaq mümkün olub

Bakı Nəqliyyat Agentliyinin (BNA) həyata keçirdiyi tədbirlər nəticəsində mövcud avtobus parkının 70%-dən çoxu “BakıKart” sistemin...

Yaxın iki gündə hava qeyri-sabit olacaq

Sentyabrın 25-dən 26-na keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə ...

Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq kursu uğurla bitiriblər

İstanbuldakı Xilasetmə və Sualtı Komandanlığında Azərbaycan və Somali Hərbi Dəniz Qüvvələrinin hərbçiləri üçün keçirilən «Be...

Azərbaycan Prezidenti Qarabağdakı rusiyalı sülhməramlıların fəaliyyətini yüksək qiymətləndirib

«Qarabağ regionunda rusiyalı sülhməramlılarının olması nəzərə alınmaqla qarşılıqlı fəaliyyət daha sıx, əlaqələr daha fəal ol...

FHN məlumat yayıb

Sentyabrın 23-ü gecə saatlarından başlayaraq respublikanın şimal-qərb bölgəsinə yağan intensiv yağışlar nəticəsində bir sıra dağ ...

Bu ölkədən heyvan mənşəli məhsulların Azərbaycana gətirilməsinə qadağa qoyulub

İngiltərənin Somerset dairəsindən heyvan mənşəli məhsulların Azərbaycana gətirilməsinə qadağa qoyulub. Azərbaycan Qida Təhlükə...

İlham Əliyev İraqın neft nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də İraq Respublikasının neft naziri İhsan Əbdül Cabbarı qəbul ed...