Bakı 22 ℃

USD 1.7
RUB 0.0234
EUR 1.9961
TRY 0.1939
Qızıl 2978.6975
Gümüş 38.5448

15.09.2021

FHN-in Modul Tipli Hospitalının baş həkiminin məhkəməsi başlayır

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi və digər vəzifəli şəxsləri barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Gulustan.info-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, FHN-nin Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış iş üzrə istintaq yekunlaşdırılıb.

Belə ki, istintaq zamanı İmran Ağayevin həmin vəzifədə işləyərkən müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucov ilə qabaqcadan əlbir olaraq hospitalın “VİP korpus”larına yerləşdirilərək daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilməsi müqabilində 6 nəfər şəxsdən ümumilikdə 10 min 500 manat pul vəsaitini almasına, həmçinin yenidən əmək müqaviləsinin bağlanması yolu ilə həmin müəssisədə fəaliyyətlərini davam etdirmələrinə görə hospitalın ayrı-ayrı əməkdaşlarından cəmi 5 min manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsinə əsaslı şübhələr müəyyən edilib.Bundan başqa, İmran Ağayevin fasiləsiz şəkildə müəssisəyə qəbul olunmalarına dair görüntü yaratmaqla COVID-19 pandemiyasından əziyyət çəkən 140 nəfər xəstənin özünün təsisçisi və direktoru olduğu “Medi Style” MMC-nə məxsus Təcili Tibbi Yardım avtomobilləri vasitəsi ilə Modul Tipli Hospitala aparılması müqabilində həmin şəxslərdən xidmət haqqı qismində ümumilikdə cəmi 51 min 600 manat məbləğdə pul vəsaitini almasına əsaslı şübhələr müəyyən edilib.Həmçinin, İmran Ağayevin müxtəlif tarixlərdə verdiyi COVID-19 test nəticəsi pozitiv çıxmış Rüfət Vəlizadənin (müəssisənin vəzifəli şəxsi) mütəmadi olaraq sərbəst şəkildə tibb müəssisəsinin inzibati binasını tərk edərək sərbəst şəraitdə hərəkət etməsinə şərait yaratmasına, həmin hərəkətləri ilə epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozaraq xəstəliyin yayılması ilə bağlı ağır nəticələrə səbəb olan real təhlükə yaratmasına əsaslı şübhələr müəyyən edilib.İş üzrə toplanan sübutlar əsasında İmran Ağayev və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 139-1.2 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması ağır nəticələrə səbəb olduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Digər xəbərlər


Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANIB

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 128 yeni yoluxma faktı qeydə alınıb, 2 590 nəfər müalicə olunar...

Mehriban Əliyeva Bakının Binə qəsəbəsində yeni inşa edilən 88 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

Sentyabrın 24-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Bakının Xəzər rayonunun Binə qəsəbəsi...

Müdafiə Nazirliyi açıqlama yayıb

Müdafiə Nazirliyi vətəndaş Ağayev Rahib Savadxan oğlunun narazılığını əks etdirən videogörüntülərlə bağlı məlumat yayıb. Gulu...

“Taliban” Əfqanıstanda İŞİD üzvlərini tamamilə məhv edəcəyini açıqlayıb

“Taliban” Əfqanıstanda İŞİD qruplaşmasının üzvlərini tamamilə məhv etmək üçün tədbirlər görür. Bu barədə Əfqanıstanın müvəqqət...

Nazirlik abidələrin ucaldılması qaydasını açıqlayıb

«Heykəllər, büst və barelyeflər qədim zamanlardan günümüzə kimi həyatımızda mövcud olan mühüm sənət nümunələridir. Dünya şəh...

"BakıKart"ın balansını onlayn artırmaq mümkün olub

Bakı Nəqliyyat Agentliyinin (BNA) həyata keçirdiyi tədbirlər nəticəsində mövcud avtobus parkının 70%-dən çoxu “BakıKart” sistemin...

Yaxın iki gündə hava qeyri-sabit olacaq

Sentyabrın 25-dən 26-na keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə ...

Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq kursu uğurla bitiriblər

İstanbuldakı Xilasetmə və Sualtı Komandanlığında Azərbaycan və Somali Hərbi Dəniz Qüvvələrinin hərbçiləri üçün keçirilən «Be...