Bakı 14 ℃

USD 1.7
RUB 0.0229
EUR 1.919
TRY 0.1229
Qızıl 3020.968
Gümüş 37.8981

18.09.2021

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər.

Gulustan.info-nun məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdunda dinləyəcəklər.

Qonaqların əvvəlcə Cıdır düzü, Bülbülün ev-muzeyi, Xan qızı bulağı, Qala divarları, Üzeyir Hacıbəylinin ev-muzeyi və Prezident İlham Əliyevin tapşırığı ilə Bakıdan Şuşaya gətirilən Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün büstlərini ziyarət etmələri nəzərdə tutulur.

Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı işğaldan azad olunan Şuşa şəhərində keçirilən ikinci festivaldır. Bu il mayın 12-də Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edib.

Qeyd edək ki, bu gün dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınan, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 136-cı ildönümü tamam olur. 18 sentyabr — Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd edilir. Görkəmli bəstəkarın anadan olduğu gün həm də Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalının açılışı ilə əlamətdardır. Bu gündən başlayaraq sentyabrın 24-dək davam edəcək Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının zəngin proqramında Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, ABŞ və Polşadan dəvət olunmuş musiqiçilərin də çıxışları yer alıb. Bundan əlavə, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın qətiyyəti, Ordumuzun şücaəti nəticəsində tarixi ədalət bərpa edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın Mədəniyyət Paytaxtı elan olunması nəzərə alınaraq, builki festivalın ilk konsertlərindən biri də Şuşa şəhərində keçiriləcək.


Digər xəbərlər


“Avişai Kohen trio” Heydər Əliyev Mərkəzində çıxış edib - Fotolar

Dekabrın 6-da Heydər Əliyev Mərkəzində “Avişai Kohen trio”nun konserti olub. Cazsevərləri bir araya toplayan konsertdə Avişai Koh...

Nizami Gəncəvi Beynəlxalq Forumu fəaliyyətə başlayıb

Bu gün Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə dahi Azərbaycan mütəfəkkiri və şairi Ni...

Heydər Əliyev Sarayı konsert proqramını şəhidlərə görə təxirə salıb

Heydər Əliyev Sarayının mətbuat katibi Aytac Bağırlının sözlərinə görə, bu gün Heydər Əliyev Sarayında keçiriləcək «Jazz mix...

Heydər Əliyev Mərkəzində “Avişai Kohen trio”nun konserti olacaq

Dekabrın 6-da Heydər Əliyev Mərkəzində “Avişai Kohen trio”nun konserti keçiriləcək. Cazsevərləri bir araya toplayacaq konsertdə A...

Heydər Əliyev Mərkəzində Zəfər Gününə həsr olunan konsert proqramının çəkililşləri gedir (FOTO)

Heydər Əliyev Mərkəzində Zəfər Gününə həsr olunmuş konsert proqramının çəkilişləri gedir. Azərbaycan Respublikasının Prezident...

“Avroviziya-2022”də iştirak edəcək ölkələrin SİYAHISI

Gələn il İtaliyanın Turin şəhərində keçiriləcək “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsində 41 ölkənin iştirakı təsdiqlənib....

Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib

Azərbaycanın mədəniyyət xadimlərinə fəxri adlar verilib. Gulustan.info-nun məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İl...

Gələn il Avroviziyanın keçiriləcəyi şəhər müəyyənləşib

2022-ci il «Avroviziya» mahnı müsabiqəsi İtaliyanın Turin şəhərində keçiriləcək. Gulustan.info-nun məlumatına görə, ...