Bakı 14 ℃

USD 1.7
RUB 0.024
EUR 1.9813
TRY 0.1839
Qızıl 3034.3895
Gümüş 41.4182

24.09.2021

«BakıKart»ın balansını onlayn artırmaq mümkün olub

Bakı Nəqliyyat Agentliyinin (BNA) həyata keçirdiyi tədbirlər nəticəsində mövcud avtobus parkının 70%-dən çoxu “BakıKart” sisteminə inteqrasiya edilib.

Gulustan.info xəbər verir ki, bu barədə Agentliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, “BakıKart”a inteqrasiya əmək münasibətlərinin rəsmiləşdirilməsi, şəffaflığın artırılması baxımından vacibdir. Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi, həmçinin nəqliyyat axının intellektual idarə olunması və sərnişin axının öyərnilməsi üçün də önəmlidir.

İş prosesinə uyğun olaraq digər marşrut xətlərinin də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiyası nəzərdə tutulub.

Bununla yanaşı vətəndaşların daha rahat və müasir İKT imkanlarından istifadə etməklə ödəmə üsullarından istifadə edə bilməsi üçün də işlər davam etdirilir. Bununla bağlı fəaliyyət planına əsasən mərhələli qaydada internet portalı üzərindən ödəmənin tətbiqi, QR kod, NFC və EMV (bank kartı il birbaşa ödəniş) texnalogiyalarından istifadə nəzərdə tutulub.

İlkin mərhələdə internet portalı üzrəindən ödəmə sistemini sərnişinlərimizin istifadəsinə təqdim edirik. Bunun üçün online.bakikart.az portalına daxil olub e-mail və yaxud telefon nömrəsi ilə qeydiyyatdan keçib şəxsi kabinet yaratmaq lazımdır. Kartın balansını 2 üsulla artırmaq mümkündür: birbaşa və ya kartın şəxsi kabinetə əlavə edilməsi ilə. Daha operativ ödəniş üçün kartı kabinetə əlavə etmək tövsiyə olunur. Ödənilən məbləğ kartın balansına ən geci bir saat ərzində oturacaq.

Həmçinin, “BakıKart” sisteminə inteqrasiya olunan “MilliÖn” ödəmə terminallarının sayı artırılaraq 1 000-ə çatdırılıb. Vətəndaşlar artıq yalnız avtobus dayanacaq məntəqələrində deyil, paytaxtın müxtəlif ərazilərində fəaliyyət göstərən iaşə obyektlərində, iri ticarət mərkəzlərində, marketlərdə yerləşdirilən “MilliÖn” terminalları vasitəsilə də “BakıKartın” balansını artıra biləcək. Yaxın bir həftə ərzində isə Bakıdakı «MilliÖn” terminallarında “BakıKart” ödənişi qəbul olunacaq. Məlumat üçün bildiririk ki, sərnişin ödəmə terminalının əsas ekranında nəqliyyat xidmətləri bölümünə daxil olaraq “BakıKart” işarəsini seçib kartı kart oxuyucuya yerləşdirərək ödəniş edə bilər.

Növbəti mərhələdə digər ödəmə və balans artırma üsullarının da tətbiqi istiqamətin işlər davam etdirilir.


Digər xəbərlər


Müdafiə Nazirliyi: "Hazırda 6 hərbçi itkin düşmüş sayılır"

Müdafiə Nazirliyi Vətən müharibəsində itkin düşmüş şəxslərin yeni siyahısını yayıb. Gulustan.info xəbər verir ki, oktyabrın 21...

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 22-də gündüz cənub-qərb küləyi 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir. ...

Azərbaycanda koronavirusa yoluxanların sayı azalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 005 yeni yoluxma faktı qeydə alınıb, 1 011 nəfər müalicə olunaraq sağalıb. ...

Metro gücləndirilmiş rejimə keçir

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Konfrans liqasının qrup turniri çərçivəsində «Qarabağ» futbol k...

Müharibə əlilləri evlərin alqı-satqısı zamanı dövlət rüsumu ödəməyəcək

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Qanuna dəyişikliklə müha...

TƏBİB: "Vaksinlər AY.4.2 və ya "delta plyus" ştamına qarşı effektivdir"

«Yeni mutant kimi qələmə verilən AY.4.2 ştamı əslində yeni deyil, iyulda identifikasiya olunub». Bunu TƏBİB-in Elmi-...

Baş Prokurorluq məlumat yayıb

Baş Prokurorluq Tovuz rayonunda qətlə yetirilən Nərmin Quliyevanın qan qrupunun uyğunsuzluğu barədə yayılan məlumatlara münasibət...

Canəli Əkbərov komaya düşüb

Azərbaycanın Xalq artisti, xanəndə Canəli Əkbərov komaya düşüb. Bu barədə sənətkarın yaxınları bildirib. Məlumata görə, C....