Bakı 15 ℃

USD 1.7
RUB 0.024
EUR 1.9813
TRY 0.1839
Qızıl 3034.3895
Gümüş 41.4182

24.09.2021

Müdafiə Nazirliyi açıqlama yayıb

Müdafiə Nazirliyi vətəndaş Ağayev Rahib Savadxan oğlunun narazılığını əks etdirən videogörüntülərlə bağlı məlumat yayıb.

Gulustan.info xəbər verir ki, məlumata əsasən, R.Ağayev Baş Klinik Hospitalda müalicə olunmaq üçün Müdafiə Nazirliyinə müraciət edib. Vətəndaşın müraciətinə Müdafiə Nazirliyinin Tibb İdarəsində baxılıb və ona cari ilin fevral ayında müvafiq rəsmi cavab göndərilib:

«Cavabda Müdafiə Nazirliyinin hərbi müalicə müəssisələrində hazırda həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların müayinə və müalicəsinin təmin edildiyi bildirilib. Hərbi xidmətdən tərxis olunan vətəndaşların isə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) müalicə müəssisələrində ödənişsiz müalicə almaq hüququna malik olduğu qeyd edilib və vətəndaşın həmin qurumlara müraciət etməsi tövsiyə olunub.

R.Ağayevin hərbi xidmətə yararlı olması ilə bağlı qərarla bağlı isə bildiririk ki, o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin göndərişinə əsasən 23.04.2021-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən «Hər iki gözün sadə miopik astiqmatizmi nəticəsində görmə itiliyinin azalması. İrsi hemoqlobinopatiya» diaqnozu ilə şəhadətləndirilib. Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»sinə uyğun olaraq, barəsində daxili orqanlarında funksiya pozulması olmadığından «Hərbi xidmətə yararlıdır» qərarı verilib».


Digər xəbərlər


Müdafiə Nazirliyi: "Hazırda 6 hərbçi itkin düşmüş sayılır"

Müdafiə Nazirliyi Vətən müharibəsində itkin düşmüş şəxslərin yeni siyahısını yayıb. Gulustan.info xəbər verir ki, oktyabrın 21...

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 22-də gündüz cənub-qərb küləyi 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir. ...

Azərbaycanda koronavirusa yoluxanların sayı azalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 005 yeni yoluxma faktı qeydə alınıb, 1 011 nəfər müalicə olunaraq sağalıb. ...

Metro gücləndirilmiş rejimə keçir

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Konfrans liqasının qrup turniri çərçivəsində «Qarabağ» futbol k...

Müharibə əlilləri evlərin alqı-satqısı zamanı dövlət rüsumu ödəməyəcək

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Qanuna dəyişikliklə müha...

TƏBİB: "Vaksinlər AY.4.2 və ya "delta plyus" ştamına qarşı effektivdir"

«Yeni mutant kimi qələmə verilən AY.4.2 ştamı əslində yeni deyil, iyulda identifikasiya olunub». Bunu TƏBİB-in Elmi-...

Baş Prokurorluq məlumat yayıb

Baş Prokurorluq Tovuz rayonunda qətlə yetirilən Nərmin Quliyevanın qan qrupunun uyğunsuzluğu barədə yayılan məlumatlara münasibət...

Canəli Əkbərov komaya düşüb

Azərbaycanın Xalq artisti, xanəndə Canəli Əkbərov komaya düşüb. Bu barədə sənətkarın yaxınları bildirib. Məlumata görə, C....