Bakı 14 ℃

USD 1.7
RUB 0.024
EUR 1.9813
TRY 0.1839
Qızıl 3034.3895
Gümüş 41.4182

24.09.2021

Nazirlik abidələrin ucaldılması qaydasını açıqlayıb

«Heykəllər, büst və barelyeflər qədim zamanlardan günümüzə kimi həyatımızda mövcud olan mühüm sənət nümunələridir. Dünya şəhərsalma və memarlığında tarix boyu bu sənət nümunələrinin rolu böyük əhəmiyyət kəsb edib. Əksər hallarda açıq havada, böyük şəhərlərin meydanlarında, bağlarda, bəzən isə ictimai binaların daxilində mühüm tarixi hadisələrin, siyasi xadimlərin, sərkərdələrin, mütəfəkkirlərin, yazıçıların, xalqın rəğbətini və hörmətini qazanmış şəxsiyyətlərin şərəfinə möhtəşəm monumental heykəltəraşlıq abidələri ucaldılır».

Bu barədə Gulustan.info-ya Mədəniyyət Nazirliyindən bildirilib.

«Ucaldılan hər bir monumental əsər vətəndaşlarımızla yanaşı, həm də ölkəmizə səfər edən xarici qonaqlar və turistlərdə də ölkəmiz haqqında fikir formalaşdırır. Bu səbəbdən ölkə ərazisində hər bir abidənin bədii, elmi əhəmiyyəti, onun konsepsiyası, insanlarda yaratdığı təəssürat və s. cəhətləri nəzərə alınaraq ucaldılmalıdır.

Lakin son zamanlar ölkə ərazisində ictimai və tarixi məkanlarda aidiyyəti qurumlarla razılaşdırılmadan müxtəlif abidə, heykəl, büst və barelyeflərin quraşdırılması hallarına təsadüf edilir. Estetik görünüşü və bədii konsepsiyası əksər hallarda yerləşdiyi ərazinin memarlıq görkəminə uyğun gəlməyən həmin abidələr ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.

Abidələrin ümumi görünüşünün qorunub saxlanılması məqsədləri üçün 2009-cu ildən etibarən Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət ekspert Komissiyası fəaliyyət göstərir.

Bununla əlaqədar bildiririk ki, ictimai yerlərdə monumental abidələrin (heykəl, büst, barelyeflərin) ucaldılması və demontajı ilə bağlı layihələr bu sahədə peşəkar mütəxəssislər tərəfindən bədii və elmi cəhətdən qiymətləndirildikdən sonra Komissiyanın müvafiq rəyinə uyğun olaraq həyata keçirilməlidir», — nazirlikdən qeyd olunub.


Digər xəbərlər


Müdafiə Nazirliyi: "Hazırda 6 hərbçi itkin düşmüş sayılır"

Müdafiə Nazirliyi Vətən müharibəsində itkin düşmüş şəxslərin yeni siyahısını yayıb. Gulustan.info xəbər verir ki, oktyabrın 21...

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 22-də gündüz cənub-qərb küləyi 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir. ...

Azərbaycanda koronavirusa yoluxanların sayı azalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 005 yeni yoluxma faktı qeydə alınıb, 1 011 nəfər müalicə olunaraq sağalıb. ...

Metro gücləndirilmiş rejimə keçir

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Konfrans liqasının qrup turniri çərçivəsində «Qarabağ» futbol k...

Müharibə əlilləri evlərin alqı-satqısı zamanı dövlət rüsumu ödəməyəcək

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Qanuna dəyişikliklə müha...

TƏBİB: "Vaksinlər AY.4.2 və ya "delta plyus" ştamına qarşı effektivdir"

«Yeni mutant kimi qələmə verilən AY.4.2 ştamı əslində yeni deyil, iyulda identifikasiya olunub». Bunu TƏBİB-in Elmi-...

Baş Prokurorluq məlumat yayıb

Baş Prokurorluq Tovuz rayonunda qətlə yetirilən Nərmin Quliyevanın qan qrupunun uyğunsuzluğu barədə yayılan məlumatlara münasibət...

Canəli Əkbərov komaya düşüb

Azərbaycanın Xalq artisti, xanəndə Canəli Əkbərov komaya düşüb. Bu barədə sənətkarın yaxınları bildirib. Məlumata görə, C....