Bakı 13 ℃

USD 1.7
RUB 0.0229
EUR 1.919
TRY 0.1229
Qızıl 3020.968
Gümüş 37.8981

28.09.2021

Bank kartları üzərində qurulan fırıldaq əməliyyatları ilə bağlı açıqlama

Ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq hallarına qarşı mübarizə tədbirləri çərçivəsində ictimaiyyətin, o cümlədən kart istifadəçilərinin mütəmadi əsasda məlumatlandırılması aparılmaqdadır.

Gulustan.info-nun məlumatına görə, bu istiqamətdə həyata keçirilən müxtəlif tədbirlərə baxmayaraq, rəqəmsal ödənişlərin inkişafı və xüsusən də elektron ticarət əməliyyatları üzrə dövriyyənin artması fonunda yeni fırıldaqçılıq hallarının yaranması müşahidə olunmaqdadır.

Belə ki, fırıldaqçılar tərəfindən banklar, bəzi hallarda ABA adından vətəndaşlara zənglər edilərək, ödəniş kartı məlumatları istənilir.

Nəzərinizə çatdırırıq ki, bank və ABA adından telefon zəngləri və ya digər formada ödəniş kartı məlumatlarının təqdim olunması ilə bağlı heç bir halda kart istifadəçilərinə müraciətlər edilmir. Belə hallarla qarşılaşdığınız təqdirdə kart məlumatlarınızı təqdim etməməyiniz və dərhal bankınızla əlaqə saxlamağınız tövsiyə olunur.


Digər xəbərlər


Mikayıl Cabbarovdan qeyri-neft ixracı ilə bağlı AÇIQLAMA

«Dayanıqlı inkişaf prioritetlərimizə uyğun olaraq, iqtisadiyyatın şaxələndirilməsi və şəffaflığın artırılması istiqamətində ...

Azərbaycanın qeyri-neft ixracı 44 faiz artıb

“İxrac icmalı” nın dekabr sayına əsasən, 2021-ci ilin ilk 11 ayı ərzində Azərbaycanın ixracı 19,8 mlrd. ABŞ dolları, qeyri-neft s...

Bu tarixdə Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödəniləcək

Dekabrın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub...

Maaş, pensiya və təqaüdlərin nə qədər artacağı AÇIQLANIB

«Gələn il əməkhaqqı orta hesabla 40-50 faiz, pensiyaların həcmində orta hesabla 40-45 manat artımlar olacaq». Bunu M...

Neft bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin fevral ...

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiqi və Azərb...

Bu məhsulları alanda ƏDV qaytarılmayacaq

ƏDV-nin qaytarılması mexanizmi avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarının alışına aid edilməyəcək. Gulustan.info-...

Ehtiyac meyarının həddi 200 manat müəyyən olunub

Milli Məclis “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsini üçüncü oxunuşda təsdi...