Bakı 13 ℃

USD 1.7
RUB 0.0229
EUR 1.919
TRY 0.1229
Qızıl 3020.968
Gümüş 37.8981

05.10.2021

Sosial şəbəkələrin çökməsi dünya iqtisadiyyatına nə qədər zərər vurub?

Dünən axşam sosial şəbəkələrin çökməsi qlobal iqtisadiyyata da ziyansız ötüşməyib. NetBlocks şirkətinin hesablamalarına görə, Facebook, Instagram, Twitter və WhatsApp və Facebook Messenger-in çalışmadığı hər saat dünya iqtisadiyyatında 215 milyon dollar xərc yaradıb. Həmin şəbəkələrin 3 saat ərzində çalışmamaları dünya üçün 645 milyon dollar xərc demək idi.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, NetBlocks şirkətinin Dünya Bank, ITU, Eurostat və ABŞ Statistikasının məlumatları əsasında apardığı hesablamalara görə, əgər internet qlobal olaraq 1 gün aktiv olmaza o zaman dünya iqtisadiyyatına 51 milyard 423 milyon dollar ziyan dəyə bilər:

«Sadəcə Facebook-un 1 gün çalışmaması isə dünya üçün 1 milyard 291 milyon dollar xərc demək olacaq. Sosial şəbəkələrin bir gün “donması” dünyada 5 milyard 165 milyon dollar xərc yarada bilər.

«Qeyd edək ki, NetBlocks şirkəti statistik məlumatlar əsasında sosial şəbəkələrin və eləcə də internetin çalışmamasının hər bir ölkəyə vurduğu ziyanı da ayrıca hesablayır. Bu zaman ölkə iqtisadiyyatların ölçüsü əsas meyar kimi götürülür.

Son problemlərdən sonra 159 milyard dollar aktivləri olan Facebook şirkətinin səhmləri 5 faizə yaxın ucuzlşaraq hazırda 326 dollara təklif olunur».

Xatırladaq ki, dünən Bakı vaxtı ilə təxminən 19:13-dən etibarən səhər saat 04.00-a qədər “Facebook” və “Instagram” sosial şəbəkələri, həmçinin “WhatsApp” messencerinin işində problemlər yaranıb. Azərbaycan da daxil olmaqla demək olar ki, dünyanın əksər ölkələrində istifadəçilər bu beynəlxalq platformalara daxil ola bilməyiblər.


Digər xəbərlər


Mikayıl Cabbarovdan qeyri-neft ixracı ilə bağlı AÇIQLAMA

«Dayanıqlı inkişaf prioritetlərimizə uyğun olaraq, iqtisadiyyatın şaxələndirilməsi və şəffaflığın artırılması istiqamətində ...

Azərbaycanın qeyri-neft ixracı 44 faiz artıb

“İxrac icmalı” nın dekabr sayına əsasən, 2021-ci ilin ilk 11 ayı ərzində Azərbaycanın ixracı 19,8 mlrd. ABŞ dolları, qeyri-neft s...

Bu tarixdə Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödəniləcək

Dekabrın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub...

Maaş, pensiya və təqaüdlərin nə qədər artacağı AÇIQLANIB

«Gələn il əməkhaqqı orta hesabla 40-50 faiz, pensiyaların həcmində orta hesabla 40-45 manat artımlar olacaq». Bunu M...

Neft bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin fevral ...

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiqi və Azərb...

Bu məhsulları alanda ƏDV qaytarılmayacaq

ƏDV-nin qaytarılması mexanizmi avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarının alışına aid edilməyəcək. Gulustan.info-...

Ehtiyac meyarının həddi 200 manat müəyyən olunub

Milli Məclis “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsini üçüncü oxunuşda təsdi...