Bakı 13 ℃

USD 1.7
RUB 0.0229
EUR 1.919
TRY 0.1229
Qızıl 3020.968
Gümüş 37.8981

14.10.2021

Ceyhun Bayramov Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Minskdə əyani formatda keçirilir.

Tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir.

XİN rəhbərlərinin beynəlxalq gündəliyin və Birlik formatında əməkdaşlığın aktual məsələlərini müzakirə edəcəkləri gözlənilir.

Müxtəlif fəaliyyət istiqamətləri üzrə daha əvvəl razılaşdırılmış bir neçə sənəd nümayəndə heyəti rəhbərlərinin diqqətinə çatdırılacaq. Bura, MDB Xarici İşlər Nazirləri Şurası üzvlərinin «Bioloji və toksin silahların qadağan olunması haqqında» Konvensiyanın möhkəmləndirilməsinə dair birgə Bəyanat, 2022-ci ildə Birlik çərçivəsində XİN-lər arasında çoxsəviyyəli məsləhətləşmələrin keçirilməsi Planı, «Terrorizm və ekstremizmin digər formada təzahürləri ilə mübarizə probleminin öyrənilməsi üzrə baza təşkilatının yaradılması haqqında» Qərar, MDB çərçivəsində imzalanan beynəlxalq müqavilə layihələrinin hazırlanması üzrə metoriki tövsiyələr və s. sənədlər daxildir.


Digər xəbərlər


Ərdoğan Qətər Əmiri ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 7-də Dohada Qətər Əmiri Şeyx Təmim bin Hamed əl-Sani ilə ikitərəfli görüş keçiri...

Bayden və Putinin müzakirə edəcəyi mövzular məlum olub

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinlə videozəng formatında baş tutacaq söhbəti zamanı Ukrayna ilə yanaşı, k...

Putin Hindistana səfər edib

Rusiya Prezidenti Vladimir Putin dekabrın 6-da Hindistana səfər edib.  “RİA Novosti” xəbər verir ki, Putin Nyu Dehlidə Hindist...

Kreml Putin-Bayden görüşünün gündəliyini açıqlayıb

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Bayden arasında gözlənilən görüşün gündəliyi açıqlanıb. Bu barədə Kremlin mətb...

Ərdoğan Qətərə səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 6-7-də Qətərə rəsmi səfər yollanacaq. Bu barədə Türkiyə Prezidenti Administr...

Azərbaycan və Ermənistan XİN başçılarının İsveçdə görüşünün baş tutmamasının səbəbi açıqlanıb - RƏSMİ

Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin İsveçin paytaxtı Stokholmda görüşünün baş tutmamasının səbəbi açıqlanıb. ...

Ceyhun Bayramovla Ararat Mirzoyanın görüşü baş tutmayıb

Azərbaycan xarici işləri naziri Ceyhun Bayramovla erməni həmkarı Ararat Mirzoyan arasında ATƏT Xarici İşlər Nazirləri Şurasının 2...

“Putinlə söhbətimizin uzun olacağını gözləyirəm”

ABŞ Prezidenti Co Bayden Ukraynadakı vəziyyətlə bağlı hər hansı «qırmızı xətt»i tanımaqdan imtina edib. “RİA Novosti...