Bakı 13 ℃

USD 1.7
RUB 0.0229
EUR 1.919
TRY 0.1229
Qızıl 3020.968
Gümüş 37.8981

16.10.2021

IDEA İctimai Birliyi ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında saziş imzalanıb

Oktyabrın 16-da Moskvada səfərdə olan Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyətinin sədri və BMT Ətraf Mühit Proqramının (UNEP) xöşməramlı səfiri, əfsanəvi xokkeyçi Vyacheslav Fetisov arasında görüş keçirilib.

Görüş çərçivəsində IDEA İctimai Birliyi ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Niyyət Sazişi imzalanıb.

Sözügedən saziş ekologiya və dayanıqlı inkişaf sahəsində təhsil və maarifləndirmə, gənclərlə iş və onların ekoloji problemlərin həllinə cəlb edilməsi və s. istiqamətlərdə birgə səy və layihələrin həyata keçirilməsini nəzərdə tutur.Söhbət zamanı tərəflər təbiətin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə üzrə ölkələrimizdə və beynəlxalq səviyyədə birgə təşəbbüslərin uğurla həyata keçiriləcəyinə əminlik ifadə ediblər.

Həmçinin, yaxın vaxtlarda Qlazqoda keçiriləcək BMT-nin iqlim konfransı ilə bağlı ümid və gözləntilər, eləcə də qlobal istiləşmə ilə mübarizə sahəsində birgə fəaliyyət və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Digər xəbərlər


Dövlət Sığorta Kommersiya Şirkətinə yeni sədr təyin edilib

Prezident İlham Əliyev F.Ə.Adıgözəlovun Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin sədri təyin edilməsi haqq...

Prokuror Vüqar Səfərliyə 11 il həbs cəzası istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF...

Yeni il bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Yeni il bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq. Gulustan.info-nun xəbərinə görə, 31 dekabr Dünya azərbaycanlılarının ...

Dövlət Xidmətinin sabiq idarə rəisinin məhkəməsi başlayır

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon idarəsinin sabiq rəisi Babayev Rövşən Əlixan...

Ərdoğanın partiyası Ermənistana çağırış edib

“Zəngəzur dəhlizinin açılması Türkiyənin digər türk dövlətləri ilə əlaqələr qurmasına zəmin yaradacaq”. Bunu Türkiyənin hakim ...

Ata Abdullayev məhkəmədə sərbəst ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevin cinayət işi üzrə məhkəmə i...

“WhatsApp”da mesajlarla bağlı YENİLİK - FOTO

“WhatsApp” messencerinin növbəti yeniləməsi istifadəçilərin işini bir az da rahatlaşdırıb. Belə ki, tətbiqə mesajın öz-özünə silm...

Bakıda NATO-nun təlim kursları başlayıb

Müdafiə Nazirliyinin NATO ilə 2021-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində N hərbi hissəsində Hərbi Ha...