Bakı 3 ℃

USD 1.7
RUB 0.0221
EUR 1.9252
TRY 0.1267
Qızıl 3130.2355
Gümüş 41.555

15.11.2021

Heydər Əliyev Mərkəzində “Avişai Kohen trio”nun konserti olacaq

Dekabrın 6-da Heydər Əliyev Mərkəzində “Avişai Kohen trio”nun konserti keçiriləcək. Cazsevərləri bir araya toplayacaq konsertdə Avişai Kohen (kontrabas), Elçin Şirinov (piano), Roni Kaspi (baraban) çıxış edəcəklər.

İsraildə doğulan, ABŞ-da fəaliyyət göstərən müğənni və bəstəkar Avişai Kohen son 20 ildə dünyanın ən yaxşı bas ifaçısı kimi tanınsa da, onun məhz bəstəkar kimi yaratdığı musiqi əsərləri şöhrət qazanıb, böyük auditoriya toplayıb, caz pərəstişkarlarını özünə cəlb edib.

“Avişai Kohen trio” Bakı konsertində yeni “Arvoles” albomundan kompozisiyaları təqdim edəcək. Avişai Kohenlə birlikdə səhnəni Azərbaycandan pianoçu və bəstəkar Elçin Şirinov bölüşəcək Elçin Şirinov son 3 ildə Avişai Kohenlə sıx əməkdaşlıq edir və onun iştirakı ilə trio dünyada şöhrət qazanıb. Elçin Şrinov fəal şəkildə “Avişai Kohen trio”nun yeni albomunun yaranmasında iştirak edib.

Trionun digər iştirakçı isə İsraidə dünyaya gələn, hazırda ABŞ-da yaşayan baraban ifaçısı Roni Kaspidir. Roni Kaspi ABŞ, Meksika, Kanada və digər ölkələrdə çıxış edib. “Avişai Kohen trio”nun konsertinə biletlər Heydər Əliyev Mərkəzinin kassasında, iTicket.az saytı və kassalarında satılır.

Zala giriş COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) ilə mümkündür.


Digər xəbərlər


“Euronews” Azərbaycanın xalq mahnıları və rəqsləri barədə süjet hazırlayıb

Dünyanın məşhur televiziyalarından olan “Euronews” Azərbaycanın folklor mahnıları, xalq rəqslərindən süjet hazırlayıb. Süjetdə...

Tanınmış ictimai xadim Ramiz Abutalıbov dəfn olunub

Azərbaycan Xalq Cümhuriyyəti tarixinin görkəmli tədqiqatçısı, tanınmış ictimai xadim Ramiz Abutalıbov dəfn edilib. Mərhum II F...

Heydər Əliyev Mərkəzində braziliyalı rəssam Nina Pandolfonun fərdi sərgisi açılıb

Dekabrın 22-də Heydər Əliyev Mərkəzində təsviri incəsənətin küçə sənəti (“street art”) üslubunda işləyən braziliyalı rəssam Nina ...

Azərbaycanda Kino Agentliyi yaradıla bilər

Kino Agentliyinin yaradılması ilə bağlı işlər davam etdirilir. Gulustan.info-nun xəbərinə görə, bunu jurnalistlərə açıqlamasın...

“Avişai Kohen trio” Heydər Əliyev Mərkəzində çıxış edib - Fotolar

Dekabrın 6-da Heydər Əliyev Mərkəzində “Avişai Kohen trio”nun konserti olub. Cazsevərləri bir araya toplayan konsertdə Avişai Koh...

Nizami Gəncəvi Beynəlxalq Forumu fəaliyyətə başlayıb

Bu gün Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə dahi Azərbaycan mütəfəkkiri və şairi Ni...

Heydər Əliyev Sarayı konsert proqramını şəhidlərə görə təxirə salıb

Heydər Əliyev Sarayının mətbuat katibi Aytac Bağırlının sözlərinə görə, bu gün Heydər Əliyev Sarayında keçiriləcək «Jazz mix...

Heydər Əliyev Mərkəzində Zəfər Gününə həsr olunan konsert proqramının çəkililşləri gedir (FOTO)

Heydər Əliyev Mərkəzində Zəfər Gününə həsr olunmuş konsert proqramının çəkilişləri gedir. Azərbaycan Respublikasının Prezident...