Bakıda Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu keçiriləcək
Dekabrın 21-22-də Bakıda energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzin həmsədrliyi ilə Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu keçiriləcək.
Gulustan.info-nun Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, dekabrın 21-də Enerji Forumu çərçivəsində karbohidrogen və neft-kimya, elektrik enerjisi, bərpa olunan enerji və tənzimləmə sahələri üzrə hər iki ölkənin mütəxəssislərindən ibarət işçi qrupların iclaslarının keçirilməsi və türkiyəli nümayəndə heyətinin Səngəçal terminalına səfəri nəzərdə tutulur.
Dekabrın 22-də isə Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu keçiriləcək. Forum çərçivəsində Azərbaycan və Türkiyə arasında sənədlərin imzalanması nəzərdə tutulur.
Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha çevik və nəticəyönümlü olmasını təmin etmək məqsədilə təsis edilib.
Digər xəbərlər

Bu tarixədək bütün müavinətlər ödəniləcək
Mayın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların ödənilməsi nəzərdə tutulub. Bu barədə Gu...

Dünyada neft bahalaşır
Dünya bazarında neft qiymətləri yenidən yüksəlib. ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişi...

Azərbaycan neftinin qiyməti 120 dollara çatır
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 16-da 119,39 dollar/barel təşki...

Azərbaycan neftinin qiyməti 117 dolları keçib
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 13-də 117,25 dollar/barel təşki...

Daha tez pensiyaya çıxa biləcək şəxslərin siyahısı genişləndirilir
Daha tez pensiyaya çıxa biləcək şəxslərin siyahısı genişləndirilir. Bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişikli...

Ailə başçısını itirməyə görə əmək pensiyası ARTACAQ
Azərbaycanda ailə başçısını itirməyə görə əmək pensiyası artacaq. Bununla bağlı «Əmək pensiyaları haqqında» qanuna d...

Pensiyalar mayın 13-də tam ödəniləcək
Respublika üzrə may ayının pensiyalarının ayın 13-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Gulustan.info...

Bankların dollara olan tələbi artıb
Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Mərkəzi Bankdan Gulustan.info-ya ve...