I qrup əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara qulluq edən şəxslərə Prezident təqaüdü artırılıb
Prezident İlham Əliyev “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Gulustan.info xəbər verir ki, fərmanla I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 50 manatdan 80 manata qədər artırılıb.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
Digər xəbərlər

Bu tarixədək bütün müavinətlər ödəniləcək
Mayın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların ödənilməsi nəzərdə tutulub. Bu barədə Gu...

Dünyada neft bahalaşır
Dünya bazarında neft qiymətləri yenidən yüksəlib. ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişi...

Azərbaycan neftinin qiyməti 120 dollara çatır
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 16-da 119,39 dollar/barel təşki...

Azərbaycan neftinin qiyməti 117 dolları keçib
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 13-də 117,25 dollar/barel təşki...

Daha tez pensiyaya çıxa biləcək şəxslərin siyahısı genişləndirilir
Daha tez pensiyaya çıxa biləcək şəxslərin siyahısı genişləndirilir. Bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişikli...

Ailə başçısını itirməyə görə əmək pensiyası ARTACAQ
Azərbaycanda ailə başçısını itirməyə görə əmək pensiyası artacaq. Bununla bağlı «Əmək pensiyaları haqqında» qanuna d...

Pensiyalar mayın 13-də tam ödəniləcək
Respublika üzrə may ayının pensiyalarının ayın 13-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Gulustan.info...

Bankların dollara olan tələbi artıb
Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Mərkəzi Bankdan Gulustan.info-ya ve...