Bakı 19 ℃

USD 1.7
RUB 0.0292
EUR 1.8128
TRY 0.1065
Qızıl 3154.673
Gümüş 36.9838

23.12.2021

Nazir: «Pandemiyadan çıxışla bağlı həyata keçirilən epidemioloji tədbirlər iqtisadi artıma səbəb olub»

«2021-ci ildə pandemiyadan çıxışla bağlı Azərbaycanda həyata keçirilən uğurlu epidemioloji tədbirlər və böhranın idarə edilməsi iqtisadi artıma səbəb olub».

Gulustan.info xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, ölkənin əsas hədəfləri, iqtisadi inkişafın dinamikası məhz 2020-ci ildə baş verən hadisələrdən qaynaqlanırdı: «2020-ci ildə koronavirus pandemiyasına görə, qlobal miqyasda iqtisadiyyatda böhran yaşanırdı. Bu böhranı bütün dünya iqtisadiyyatı eyni vaxtda yaşayırdı. Bizim əsas məqsədimiz 2020-ci il üçün ölkə iqtisadiyyatının dərin böhrana enməməsi, tənəzzülün qarşısının alınması, iş yerlərinin qorunub-saxlanması, həmçinin iqtisadiyyatın qorunub-saxlanması idi».

M.Cabbarov qeyd edib ki, bütün bunları nəzərə alaraq 2020-ci ildə Azərbaycanda kifayət qədər geniş və əhatəli iqtisadiyyata dəstək proqramı işə salınıb:

«Muzdlu işçilərin əməkhaqlarına dəstək proqramları həyata keçirilib. 1 miyard manata yaxın kredit portfeli ilə əhatə olunan kiçik və orta sahibkarlara faiz subsidiyaları tətbiq edilib, dövlətin zəmanəti ilə verilən güzəştli kreditlərin həcmi artırılıb».


Digər xəbərlər


Bu tarixədək bütün müavinətlər ödəniləcək

Mayın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların ödənilməsi nəzərdə tutulub. Bu barədə Gu...

Dünyada neft bahalaşır

Dünya bazarında neft qiymətləri yenidən yüksəlib. ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişi...

Azərbaycan neftinin qiyməti 120 dollara çatır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 16-da 119,39 dollar/barel təşki...

Azərbaycan neftinin qiyməti 117 dolları keçib

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 13-də 117,25 dollar/barel təşki...

Daha tez pensiyaya çıxa biləcək şəxslərin siyahısı genişləndirilir

Daha tez pensiyaya çıxa biləcək şəxslərin siyahısı genişləndirilir. Bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişikli...

Ailə başçısını itirməyə görə əmək pensiyası ARTACAQ

Azərbaycanda ailə başçısını itirməyə görə əmək pensiyası artacaq. Bununla bağlı «Əmək pensiyaları haqqında» qanuna d...

Pensiyalar mayın 13-də tam ödəniləcək

Respublika üzrə may ayının pensiyalarının ayın 13-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Gulustan.info...

Bankların dollara olan tələbi artıb

Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Mərkəzi Bankdan Gulustan.info-ya ve...