Bakı 19 ℃

USD 1.7
RUB 0.0292
EUR 1.8128
TRY 0.1065
Qızıl 3154.673
Gümüş 36.9838

24.12.2021

Azərbaycanın qeyri-neft ixracı rekord həddə çatıb — Sahib Ələkbərov

Cari ilin ötən dövrü ərzində Azərbaycanın qeyri-neft ixracı 44 faiz artıb ki, bu da ən yüksək tarixi göstəricidir.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən «Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə» adlı elmi-praktiki konfransda çıxışı zamanı deyib.

Nazir müavininin sözlərinə görə, ilin sonuna kimi qeyri-neft ixracının 2,6 mlrd. dolları ötəcəyi gözlənilir.

«İndiyə kimi bu rəqəm 1,9 mlrd. dollardan çox olmayıb. Strateji valyuta ehtiyatlarımızın həcmi artaraq 53 mlrd. dollara çatıb.

2021-ci ilin ilk 10 ayında vergi daxilolmaları artaraq 7,4 mlrd. manata çatıb, proqnozdan əlavə dövlət büdcəsinə 1,3 mlrd. manatdan çox vəsaitin daxil olunması təmin edilib ki, bunun da əsas səbəblərindən biri kölgə iqtisadiyyatının həcminin azaldılması, şəffaflaşdırılma istiqamətində aparılan sistemli işlərdir. Qeyri-neft sektorundan daxilolmaların xüsusi çəkisi ümumi daxilolmaların 73 faizini ötüb. Özəl sektordan daxilolmalar 20 faizədək artıb və cəmi daxilolmalarda onun xüsusi çəkisi 56 faizə çatıb», — deyə S.Ələkbərov qeyd edib.


Digər xəbərlər


Bu tarixədək bütün müavinətlər ödəniləcək

Mayın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların ödənilməsi nəzərdə tutulub. Bu barədə Gu...

Dünyada neft bahalaşır

Dünya bazarında neft qiymətləri yenidən yüksəlib. ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişi...

Azərbaycan neftinin qiyməti 120 dollara çatır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 16-da 119,39 dollar/barel təşki...

Azərbaycan neftinin qiyməti 117 dolları keçib

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 13-də 117,25 dollar/barel təşki...

Daha tez pensiyaya çıxa biləcək şəxslərin siyahısı genişləndirilir

Daha tez pensiyaya çıxa biləcək şəxslərin siyahısı genişləndirilir. Bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişikli...

Ailə başçısını itirməyə görə əmək pensiyası ARTACAQ

Azərbaycanda ailə başçısını itirməyə görə əmək pensiyası artacaq. Bununla bağlı «Əmək pensiyaları haqqında» qanuna d...

Pensiyalar mayın 13-də tam ödəniləcək

Respublika üzrə may ayının pensiyalarının ayın 13-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Gulustan.info...

Bankların dollara olan tələbi artıb

Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Mərkəzi Bankdan Gulustan.info-ya ve...