Bakı 19 ℃

USD 1.7
RUB 0.0292
EUR 1.8128
TRY 0.1065
Qızıl 3154.673
Gümüş 36.9838

28.12.2021

Qaribaşvili Ermənistan-Azərbaycan arasında vasitəçilikdən DANIŞIB

“Bu il Gürcüstan bölgədə vacib presedent yaratdı və şadam ki, bu, mənim vasitəçiliyim ilə baş tutdu. Biz iki dost və qonşu ölkə arasında ilk presedent yaratdıq. Gürcüstan vasitəçiliyi ilə regionda sülh və sabitliyə əhəmiyyətli töhfə verib”.

Gulustan.info xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalının “Üz-üzə” proqramında deyib.

O qeyd edib ki, Azərbaycan və Ermənistan arasında razılaşma üçün şəxsən çox səy göstərib: «Hər iki ölkədə bir neçə dəfə oldum, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla söhbətlərim oldu. Vasitəçilik təşəbbüsü ilə çıxış etdim. Hər şey spontan baş verdi və mediasiya faktı ilə nəticələndi”.

Hökumət başçısının sözlərinə görə, hər iki lider ölkələr arasında münasibətlərin yeni mərhələyə keçməsində — bölgədə yeni layihələr, böyük infrastruktur, energetika, ticarət, iqtisadiyyat və s. barədə danışmaqda maraqlıdır:

“Əgər biz üçümüz müstəqil olaraq bu cür uğurun ikinci nümunəsini göstərsək, bu, hər üç ölkəyə və regiona kömək edəcək”.

İ.Qaribaşvili Gürcüstanın tarixən hər zaman və hazırda da Qafqazda düzgün yer tutduğunu və düzgün rol oynadığını qeyd edib: “Hesab edirəm ki, bu gün unikal şansımız var. Mənim şəxsən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla isti və etibarlı münasibətlərimiz var. Bizim çox açıq, qardaş və dost münasibətlərimiz, heç bir maneə olmadan birbaşa ünisyyətimiz var”.


Digər xəbərlər


Çavuşoğlu 15 ildən sonra İsrailə səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Fələstinə və İsrailə səfər edəcək. TRT xəbər verir ki, Çavuşoğlu Türkiy...

Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan parlament nümayəndələrinin üçtərəfli görüşü keçirilib

Mayın 22-də Şuşa şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçir...

Ərdoğan: “Türkiyə NATO müttəfiqlərindən dəstək almayıb”

“Türkiyə nə müdafiə ehtiyaclarını ödəmək, nə də 40 illik terrorla mübarizə sahəsində müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilib...

Yaxın vaxtlarda Azərbaycan BMT-yə hesabat təqdim edəcək

“Azərbaycan hökuməti dayanıqlı inkişaf məqsədlərinə çox böyük önəm verir”. Bunu Birləşmiş Millətlər Təşkilatının Azərbaycandak...

İlham Əliyev Roma Papası Fransiskə məktub göndərib

Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu göndərib. Məktubda deyilir: «Zati-müqəddəsləri, Azərbaycan Re...

Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü olub

Mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Erm...

İlham Əliyev Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə mayın 22-də Belçi...

İlham Əliyev və Nikol Paşinyanın Brüsseldə görüşü keçiriləcək - Avropa İttifaqı Şurası

Mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş na...