Bakı 19 ℃

USD 1.7
RUB 0.0292
EUR 1.8128
TRY 0.1065
Qızıl 3154.673
Gümüş 36.9838

29.12.2021

Azərbaycanın qonşu ölkələrlə münasibətləri daha da zənginləşdirilib — XİN

Azərbaycan Respublikası üçün qonşularının hər biri ilə dostluq münasibətlərinin saxlanılması və qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməsi xarici siyasətimizin prioriteti olaraq qalmışdır. İl ərzində Türkiyə, Rusiya, İran, Gürcüstan, Qazaxıstan və Türkmənistan ilə ali və yüksək səviyyədə təmaslar davam etmiş və münasibətlərin məzmunu bir çox hallarda konkret əməkdaşlıq layihələri ilə daha da zənginləşdirilib.

Gulustan.info-nun məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2021-ci ilin yekunlarına dair məlumatında deyilir.

Məlumatda qeyd olunur ki, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərləri (15-16 iyun və 26 oktyabr 2021-ci il), işğaldan azad olunmuş ərazilərimizi ziyarət etməsi, Azərbaycan və Türkiyə Prezidentlərinin iki ölkə arasında müttəfiqlik münasibətləri barədə Şuşa Bəyannaməsi imzalaması əlamətdar hadisə olmuşdur. Bundan əlavə, il ərzində hər iki dövlətin baş nazirləri, parlament sədrləri, xarici işlər nazirləri, müdafiə nazirləri və digər hökumət rəsmiləri səviyyəsində görüşlər təşkil olunmuş və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq həyata keçirilib.

2021-ci ildə də Rusiya Federasiyası ilə əməkdaşlığımızın məzmunu kifayət qədər zəngin olmuşdur. Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin 11 yanvar 2021-ci ildə Moskvada və 26 noyabr 2021-ci ildə isə Soçidə üçtərəfli görüşləri keçirilmişdir. İl ərzində Rusiya Federasiyasının Baş nazirinin müavini və xarici işlər naziri ölkəmizə səfər etmişdir. Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının iclasları və iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 19-cu iclası baş tutub.

İran İslam Respublikası ilə dostluq və mehriban qonşuluq əlaqələrinin yüksək səviyyədə saxlanması üçün səylər göstərilmişdir. 27-28 noyabr 2021-ci ildə Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Görüşü çərçivəsində Azərbaycan və İran Prezidentləri arasında baş tutmuş görüş ikitərəfli münasibətlərin inkişafına təkan vermişdir. Görüş çərçivəsində iki ölkə prezidentlərinin iştirakı ilə «İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş» imzalanmışdır. İl ərzində Azərbaycan və İran xarici işlər nazirləri arasında görüşlər təşkil olunmuşdur. 22 dekabr 2021-ci il tarixində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana ilk rəsmi səfərini edib.

Gürcüstan ilə dostluq və əməkdaşlıq gündəliyi kifayət qədər geniş olmaqla sabit əsasda inkişaf etmiş, hər iki dövlət rəsmilərinin, o cümlədən Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin ölkəmizə, Azərbaycan Respublikasının müdafiə və mədəniyyət nazirlərinin Gürcüstana səfərləri baş tutmuşdur. Gürcüstan Baş naziri iştirakı ilə 29 sentyabr 2021-ci il tarixində Bakıda Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.

Qazaxıstan ilə münasibətlərimiz qarşılıqlı hörmət və dostluq ruhunda davam etmiş, 21 iyun 2021-ci ildə Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi ölkəmizə səfər etmişdir. Eyni zamanda, Qazaxıstanın ticarət və inteqrasiya naziri Bakıt Soltanov 9 sentyabr 2021-ci ildə Bakıda keçirilmiş Birgə Hökumətlərarası Komissiyanın 17-ci iclasında iştirak edib.

2021-ci ildə Türkmənistan ilə qarşılıqlı hörmət və dostluq ruhunda münasibətlərimiz davam etmişdir. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistana səfər etmiş və səfər çərçivəsində 21 yanvar 2021-ci ildə “Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının hidrogen resurslarının birgə kəşfiyyatı və işlənməsi və mənimsənilməsi üzrə Anlaşma Memorandumu” imzalanmışdır. İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Görüşü çərçivəsində Azərbaycan və Türkmənistan dövlət başçıları arasında Aşqabad şəhərində baş tutmuş görüş ikitərəfli münasibətlərin inkişafına təkan verib.

2021-ci ildə üçtərəfli əməkdaşlıq formatları çərçivəsində əməkdaşlıq davam etdirilmişdir. Belə ki, 13 yanvar 2021-ci ildə İslamabad şəhərində Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin 2-ci, 23 fevral 2021-ci ildə isə Ankara şəhərində Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşləri keçirilib.


Digər xəbərlər


Çavuşoğlu 15 ildən sonra İsrailə səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Fələstinə və İsrailə səfər edəcək. TRT xəbər verir ki, Çavuşoğlu Türkiy...

Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan parlament nümayəndələrinin üçtərəfli görüşü keçirilib

Mayın 22-də Şuşa şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçir...

Ərdoğan: “Türkiyə NATO müttəfiqlərindən dəstək almayıb”

“Türkiyə nə müdafiə ehtiyaclarını ödəmək, nə də 40 illik terrorla mübarizə sahəsində müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilib...

Yaxın vaxtlarda Azərbaycan BMT-yə hesabat təqdim edəcək

“Azərbaycan hökuməti dayanıqlı inkişaf məqsədlərinə çox böyük önəm verir”. Bunu Birləşmiş Millətlər Təşkilatının Azərbaycandak...

İlham Əliyev Roma Papası Fransiskə məktub göndərib

Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu göndərib. Məktubda deyilir: «Zati-müqəddəsləri, Azərbaycan Re...

Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü olub

Mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Erm...

İlham Əliyev Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə mayın 22-də Belçi...

İlham Əliyev və Nikol Paşinyanın Brüsseldə görüşü keçiriləcək - Avropa İttifaqı Şurası

Mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş na...