Bakı 19 ℃

USD 1.7
RUB 0.0292
EUR 1.8128
TRY 0.1065
Qızıl 3154.673
Gümüş 36.9838

30.12.2021

Ərdoğan Azərbaycan-Türkiyə əməkdaşlığı ilə bağlı daha bir sənədi təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Protokol”u təsdiqləyib.

Gülüstan.info xəbər verir ki, dövlət başçısı bu barədə müvafiq qərar imzalayıb.2012-ci ilin mayın 10-da Bakıda Milli Arxiv İdarəsinin o zamanki rəisi Ataxan Paşayev və Türkiyə Dövlət Arxivləri Baş İdarəsinin rəisi Uğur Ünal tərəfindən imzalanan Protokola əsasən, tərəflər qüvvədə olan milli qanunvericiliklərinə uyğun olaraq milli arxivlər arasında əməkdaşlığı inkişaf etdirəcəklər.

Qərara əsasən, tərəflər öz arxiv fondlarını zənginləşdirmək məqsədilə araşdırmalar apararaq, öz ölkələrinin milli qanunvericiliyinə uyğun olaraq arxiv sənədlərinin çoxaldılmış surətlərini və arxivlərində olan arxiv sənədləri üçün dərc olunan soraq kitablarını, inventar və sair araşdırma vasitələrini mübadilə edəcəklər.

Həmçinin Azərbaycan və Türkiyə hökumətləri öz arxivlərində tətbiq olunan elektron və müasir texnologiyalarla bərpa işləri barədə təcrübədən qarşılıqlı şəkildə istifadə etmək məqsədilə arxiv işi sahəsində mütəxəssi mübadiləsi həyata keçirəcəklər.

Tərəflər bu məqsədlə iaşə və hotel xərclərini qəbul edən tərəfindən, yol xərclərinin isə göndərən ölkə tərəfindən ödənilməsi şərtilə, hər il qarşılıqlı olaraq müəyyən ediləcək sayda arxiv işçisini 15 gündən çox olmayan müddətə qəbul edəcəklər.

Hər iki tərəf arxiv işi sahəsində dərc olunan yayımları mübadilə edəcək, bu sahədə elmi toplantılar və sərgilər təşkil edəcək və bu sərgilərdə arxiv materiallarının çoxaldılmış surətlərin ilə iştirak edəcəklər.

Tərəflər öz arxiv mütəxəssislərinin üçüncü ölkə arxivlərində araşdırması aparmasını və bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsini təşviq edəcəklər.


Digər xəbərlər


İlham Əliyev İTV-yə maliyyə yardımı ayırıb

Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə dəstəyi göstəriləcək. Prezident İlham Əliyev b...

Çavuşoğlu 15 ildən sonra İsrailə səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Fələstinə və İsrailə səfər edəcək. TRT xəbər verir ki, Çavuşoğlu Türkiy...

Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan parlament nümayəndələrinin üçtərəfli görüşü keçirilib

Mayın 22-də Şuşa şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçir...

Ərdoğan: “Türkiyə NATO müttəfiqlərindən dəstək almayıb”

“Türkiyə nə müdafiə ehtiyaclarını ödəmək, nə də 40 illik terrorla mübarizə sahəsində müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilib...

Yaxın vaxtlarda Azərbaycan BMT-yə hesabat təqdim edəcək

“Azərbaycan hökuməti dayanıqlı inkişaf məqsədlərinə çox böyük önəm verir”. Bunu Birləşmiş Millətlər Təşkilatının Azərbaycandak...

İlham Əliyev Roma Papası Fransiskə məktub göndərib

Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu göndərib. Məktubda deyilir: «Zati-müqəddəsləri, Azərbaycan Re...

Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü olub

Mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Erm...

İlham Əliyev Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə mayın 22-də Belçi...