Bakı 21 ℃

USD 1.7
RUB 0.0284
EUR 1.6637
TRY 0.0917
Qızıl 2827.015
Gümüş 32.696

04.01.2022

Tanınmış ictimai xadim Ramiz Abutalıbov dəfn olunub

Azərbaycan Xalq Cümhuriyyəti tarixinin görkəmli tədqiqatçısı, tanınmış ictimai xadim Ramiz Abutalıbov dəfn edilib.

Mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun yaxınları, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, R.Abutalıbov ötən ilin noyabrında yıxılaraq zədə almışdı, o, bu səbəbdən yaşadığı Moskva şəhərində xəstəxanaya yerləşdirilmişdi. R.Abutalıbov yanvarın 1-də Moskvada dünyasını dəyişib.

Ramiz Abutalıbov 1937-ci il oktyabrın 27-də ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetini (1960) bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq xarici ticarət (1971) və İctimai Elmlər Akademiyalarında (1984) davam etdirib.

1980-1984-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində xarici əlaqələr şöbəsinin müdiri, Azərbaycan SSR Ali Sovetinin Xarici İşlər üzrə Komissiyasının sədri vəzifələrində çalışıb. R.Abutalıbov 1971-1979, eləcə də 1985-1992-ci illərdə Parisdə Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət üzrə katibliyinin — YUNESKO-nun əməkdaşı olub. 1993-2004-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri və YUNESKO üzrə Azərbaycan milli komissiyasının baş katibi vəzifələrində işləyib.

Ramiz Abutalıbov Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə süqutundan sonra mühacirətdə yaşamış ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətlərinin araşdırılmasında, xaricdə arxiv sənədlərinin tapılmasında xüsusi rol oynayıb. Bu sənədlərlə bağlı on iki kitabın müəllifidir. Onların səkkizi Moskvada, üçü Bakıda, biri isə İstanbulda çap olunub. Dağlıq Qarabağ münaqişəsinə dair 1989-1992-ci illərdə Fransada çap olunmuş dörd kitabın tərtibçisi və naşiridir.

Parisdə 1989-cu ildə «Azərbaycan evi» assosiasiyasının yaradıcılarından biridir. O, Əlimərdan bəy Topçubaşova xatirə lövhəsinin, Fransanın azadlığı uğrunda həlak olmuş azərbaycanlılara Rodez şəhərində abidənin qoyulması, Fransada bir neçə mühacir həmvətənimizin qəbrinin bərpa edilməsində, «İçərişəhər» (2000-ci il) və «Muğam»(2003-cu il) sənətinin ümumdünya irsi siyahısına daxil edilməsinin əsas təşkilatçılarından biri olub.

Ramiz Abutalıbov 2016-cı ilin oktyabr ayından Azərbaycan Respublikası Prezidenti təqaüdçüsü idi.

Allah rəhmət eləsin!


Digər xəbərlər


Ömər Faiq Nemanzadənin 150 illik yubileyi qeyd ediləcək

Ömər Faiq Nemanzadənin 150 illik yubileyi qeyd ediləcək. Gulustan.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sə...

Tanınmış müğənni, bəstəkar Rəhim Rəhimli vəfat edib

Tanınmış azərbaycanlı müğənni Rəhim Rəhimli vəfat edib. Bu barədə prodüser Tarix Əliyev özünün «Instagram» hesabında...

Məşhur amerikalı reper vəfat edib

Amerikalı aktyor və tanınmış repçi Kulio (Coolio) 59 yaşında vəfat edib. Musiqiçinin meneceri Carezin sözlərinə görə, repçi do...

Azərbaycan İrəvanda keçiriləcək “Uşaq Avroviziyası” müsabiqəsində iştirak etməyəcək

Azərbaycan Ermənistanın paytaxtı İrəvanda keçiriləcək “Uşaq Avroviziyası – 2022” mahnı müsabiqəsində iştirak etməyəcək. Bu bar...

Prezident "Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında" sərəncam imzalayıb

Prezident İlham Əliyev «Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında» sərəncam imzalayıb. Sərəncamda deyilir:...

Azərbaycanda İkinci Üzüm və Şərab Festivalı keçiriləcək

Oktyabrın 1-2-də Şamaxıda İkinci Üzüm və Şərab Festivalı keçiriləcək. Festival Heydər Əliyev Fondunun dəstəyi, Dövlət Turizm A...

Akademik Musiqili Teatr 113-cü mövsümünü Şuşada açacaq

Akademik Musiqili Teatr 113-cü mövsümünü Şuşada açacaq. Bu barədə Gulustan.info-ya teatrdan məlumat verilib. Bildirilib ki,...

Səyavuş Aslana aid materiallar Tarix Muzeyinə verilib

Teatr və kino aktyoru, Xalq artisti Səyavuş Aslana məxsus olan üç əşya Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələrin elmi ...