Bakı 3 ℃

USD 1.7
RUB 0.0221
EUR 1.9252
TRY 0.1267
Qızıl 3130.2355
Gümüş 41.555

11.01.2022

Azərbaycanın 50 manatlıq pul nişanı ən mükəmməl banknot kimi finala çıxıb

Azərbaycan Mərkəzi Bankının (AMB) ötən ilin əvvəlindən yenilənərək tədavülə buraxdığı 50 manatlıq pul nişanı bu ilin ən mükəmməl banknotu kimi finalçılar sırasına seçilib.

Gulustan.info bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, ABŞ-ın tanınmış “Beynəlxalq Pul Nişanları Assosiasiyası” (IACA-ABŞ) “2022-ci ilin Ən Mükəmməl Yeni Pul Nişanı” nominasiyası üzrə beynəlxalq müsabiqə keçirib və bu müsabiqəyə bir sıra ölkələrin, o cümlədən Avropa, İngiltərə, Avstraliya, Meksika, İndoneziya, Azərbaycan, Qazaxıstan, Sinqapur, Filippin və digər ölkələrin mərkəzi banklarının ötən il tədavülə buraxdığı pul nişanlarını cəlb edib.

Bundan əvvəl yeni 50 manatlıq pul nişanını ötən ilin noyabr ayında Beynəlxalq Holoqram İstehsalçıları Assosiasiyası (IHMA) Böyük Britaniyada təşkil edilmiş beynəlxalq konfransda “ən təhlükəsiz mühafizə sisteminə malik banknot” nominasiyası üzrə qalib seçib.

“Müstəqil Azərbaycan” mövzusuna həsr olunmuş milli pul nişanları konsepsiyası çərçivəsində təhsil və gələcəyimizin inkişafına hədəflənmiş yenilənmiş 50 manatlıq pul nişanı üzərində inkişaf rəmzi olan — “Pillələr”, təhsilin önəmli kateqoriyaları olan “Təhsil ocağı”, “Şagird”, “Tələbə” təsvirləri, milli xalça naxışları və ornamentlər təsvir edilmiş, ən son texnoloji yenilikləri özündə əks etdirən mühafizə sistemləri ilə təchiz edilib.

Hazırda yenilənmiş 50 manatlıq pul nişanı dövriyyədə olan eyni nominallı kağız pul nişanı ilə paralel olaraq tədavüldədir.


Digər xəbərlər


İşsizlikdən sığorta ödənişi ilə bağlı gözləmə müddəti ləğv edilib - Staj tələbi azaldılıb

İşsizlikdən sığorta ödənişi ilə bağlı gözləmə müddəti ləğv edilib, staj tələbi azaldılıb. Bu barədə Əmək və Əhalinin Sosial Mü...

Əmək müqavilələrinin sayı artıb - Mikayıl Cabbarov

Son iki ildə əmək müqavilələrinin sayı artıb. Gulustan.info-nun məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov ...

Azərbaycan neftinin qiyməti 92 dolları keçib

Dünya bazarında «Azeri Light» markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,93 ABŞ dolları, yaxud 2,13 % artaraq 92...

Azərbaycan neftinin qiyməti 90 dolları keçib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,72 ABŞ dolları, yaxud 0,8 % artaraq 90,56 ABŞ dol...

“Brent” markalı neftin qiyməti yeddi il sonra 87 dolları keçib

Dünya bazarında neft qiymətlərində artım müşahidə olunur. WTI markalı neftin fevral fyuçersləri 1,3 % bahalaşaraq bir bareli 8...

Azərbaycan ötən ay ərzində bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb

Azərbaycan ötən ay ərzində bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən Gulustan.info-ya verilən...

Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin maaşları artırılıb

Nazirlər Kabinetinin “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarında dəyişiklik edilib. Gulustan....

Pensiyaçılara ötən il ödənilən vəsaitin həcmi açıqlanıb

Pensiyalarda artım dinamikası 2021-ci ildə də davam edib. Keçən il pensiyaların orta aylıq məbləği 9% artaraq 331 manata, o cümlə...