Bakı 15 ℃

USD 1.7
RUB 0.0281
EUR 1.816
TRY 0.1038
Qızıl 3137.4775
Gümüş 37.0302

13.01.2022

Azərbaycana 300 milyon dollara yaxın sərmayə yatırılıb — Səudiyyə Ərəbistanın energetika naziri

Azərbaycana yatırılan 300 milyon dollara yaxın sərmayə “ACWA Power” şirkətinin Səudiyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən iri sərmayədir.

Bunu Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud «Xızı-Abşeron» Külək Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxış edərkən deyib.

Nazir bildirib:

«Ölkələrimiz arasında bir çox oxşarlıqlar var. Hər iki ölkə dinamik və qabaqcıl ölkə olaraq, iqtisadiyyat və cəmiyyətimizin müasirləşdirilməsi və transformasiyası yoluna qədəm qoyublar. Odlar yurdu Azərbaycan birmənalı şəkildə müasir karbohidrogen sənayesinin beşiyi olduğunu iddia edə bilər, çünki hələ XIX əsrdə burada quyulardan neft hasil edilirdi. Hazırda biz bu gün bütün dünya ilə birgə iqlim dəyişikliyinə qarşı mübarizənin aparılmasında və qlobal istiləşmənin fəsadlarının qarşısının alınmasında bir araya gələrək ortaq və mühüm marağa sahibik. “ACWA Power” 2030-cu ilə qədər Səudiyyə Ərəbistanında elektrik enerjisinə olan daxili tələbatın 50 faizini məhz bərpaolunan enerji mənbələri sayəsində təmin etmək üçün külək və günəş enerjisi potensialını artıraraq Krallığımızın bərpaolunan enerji sahəsində təşəbbüslərinin önündə olub. Bu gün qeyd etdiyimiz kimi Azərbaycana yatırılan 300 milyon dollara yaxın sərmayə “ACWA Power” şirkətinin Səudiyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən iri sərmayədir. Bildiyiniz kimi, bu enerji stansiyasının gücü külək hesabına əldə olunan 240 meqavat olacaq ki, bunun da sayəsində 300 min evin elektrik enerjisi təmin ediləcək. Eyni zamanda, 220 milyon kubmetr qaza qənaət olunacaq və biz il ərzində 400 min ton karbon qazının atmosferə atılmasını azaldacağıq. Bununla biz Azərbaycanın 2030-cu ilə qədər bərpaolunan enerji mənbələri sayəsində 30 faiz elektrik enerjisinin əldə olunması məqsədinə əhəmiyyətli dərəcədə töhfə vermiş olacağıq».


Digər xəbərlər


Mənzil və obyekt alışına görə də ƏDV geri qaytarılacaq

Prezident İlham Əliyev “Fiziki şəxs olan istehlakçılar tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qa...

Bu tarixədək bütün müavinətlər ödəniləcək

Mayın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların ödənilməsi nəzərdə tutulub. Bu barədə Gu...

Dünyada neft bahalaşır

Dünya bazarında neft qiymətləri yenidən yüksəlib. ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişi...

Azərbaycan neftinin qiyməti 120 dollara çatır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 16-da 119,39 dollar/barel təşki...

Azərbaycan neftinin qiyməti 117 dolları keçib

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 13-də 117,25 dollar/barel təşki...

Daha tez pensiyaya çıxa biləcək şəxslərin siyahısı genişləndirilir

Daha tez pensiyaya çıxa biləcək şəxslərin siyahısı genişləndirilir. Bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişikli...

Ailə başçısını itirməyə görə əmək pensiyası ARTACAQ

Azərbaycanda ailə başçısını itirməyə görə əmək pensiyası artacaq. Bununla bağlı «Əmək pensiyaları haqqında» qanuna d...

Pensiyalar mayın 13-də tam ödəniləcək

Respublika üzrə may ayının pensiyalarının ayın 13-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Gulustan.info...