Bakı 16 ℃

USD 1.7
RUB 0.0281
EUR 1.816
TRY 0.1038
Qızıl 3137.4775
Gümüş 37.0302

13.01.2022

Baş Prokurorluq sabiq deputatın Bakıda ağacları qanunsuz kəsdirdiyini təsdiqləyib

Baş Prokurorluq Milli Məclisin sabiq deputatı, «Ştutqart» şirkətinin sahibi Nəriman Əliyevin Bakının Nərimanov rayonu ərazisində ağacları qanunsuz kəsdirməsi faktı üzər aparılan araşdırmanın ilkin nəticələrini açıqlayıb.

Qurumun Mətbuat Xidmətindən bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 10C ünvanında qanunsuz olaraq ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma başlanılıb.

Bununla əlaqədar prokurorluq əməkdaşları tərəfindən Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə qeyd edilən əraziyə baxış keçirilib, zəruri şəxslərin izahatları alınıb və xüsusi texnika vasitəsilə torpaq qatı qazılaraq müvafiq nümunələr götürülməklə hazırda da qazıntı işləri davam etdirilir.

Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən torpaq sahəsində mövcud olmuş sərv və şam cinsli ağaclar qanunsuz olaraq kəsilərək götürülüb.

«Hazırda Baş Prokurorluqda araşdırmalar davam edir, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək», — qurumun Mətbuat Xidmətindən bildirilib.

Xatırladaq ki, Nəriman Əliyev Milli Məclisin IV və V çağırış deputatı olub. Bir neçə gün əvvəl mətbuatda onun Bakıda 37 ağacı kəsdirməsi, işdən çıxan əməkdaşlara isə maaş verməməsi ilə bağlı məlumatlar yayılıb.


Digər xəbərlər


Mehriban Əliyeva Zəngilan səfərindən növbəti paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Prezident İlham Əliyevlə birgə Z...

Ciddə-Bakı aviareysi gecikir

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya həyata keçirilməsi olan reysi (J2-1092) t...

Teymur Musayev Ermənistanın əsassız iddialarına cavab verib

Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası çərçivəsində keçirilən ümumi debatlar zamanı çıxış edən Azərbaycanın səhiyyə na...

Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən görüntülər paylaşıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli, Cəbrayıl və Zəngilan rayon...

Bakıda sexdə yanğının söndürülməsinə 2 helikopter cəlb olunub

Bakıda sexdə yanğının söndürülməsinə 2 helikopter cəlb edilib. Bu barədə Gulustan.info-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) ...

Çavuşoğlu: “İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirsə, gözlənilən addımları atmalıdır”

“İsveç və Finlandiya gözləntilərimizi təmin etmək üçün iradə nümayiş etdirərsə, hər iki ölkənin NATO-ya üzvlüyü istiqamətində add...

5 min nəfərə "Müharibə veteranı" adı verilməsi barədə qərar qəbul olunacaq - MN

Müdafiə Nazirliyinin (MN) tərkibində fəaliyyət göstərən komissiya tərəfindən Vətən müharibəsində iştirakı ilə bağlı məlumatlarını...

Selçuk Bayraktar: “Ürəyimizdə bir zaman yara olan Qarabağ qardaşlığımızın zirvəsidir”

“Bir millət, iki dövlət” olaraq Azərbaycan-Türkiyə qardaşlığı hər zaman sınaqdan çıxıb, hər dəfə əlaqələrimiz daha da möhkəmlənib...