Bakı 16 ℃

USD 1.7
RUB 0.0281
EUR 1.816
TRY 0.1038
Qızıl 3137.4775
Gümüş 37.0302

13.01.2022

DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

BDYPİ-nin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvar ayının 13-ü axşamdan şimal-qərb küləyinin güclənəcəyi, havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi, yüksək ərazilərdə qar yağacağı, dağlıq və dağətəyi rayonlarda şaxtalı hava şəraitinə görə yolların buz bağlayacağı deyilir.

“Baş Dövlət Yol Polisi İdarəsi verilən proqnozla əlaqədar sürücülərə müraciət edərək ehtiyatlı olmağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağma nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər həmin ərazilərdə istifadə etməməyi, küləkli havaya görə avtomobilləri ağacların, iri reklam lövhələrinin, aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamağı, meteoroloji şəraitə uyğun sürət həddi seçməyi, avtomobillərin şüşəyuyanları və şüşəsilgəclərinin müəyyən edilmiş rejimdə işləməsini yoxlamağı, həmçinin zərurət olmadan yollarda qəfil manevrlər və kəskin tormozlama hərəkətləri etməməyi xahiş edir”, — şöbə rəisi vurğulayıb.


Digər xəbərlər


Mehriban Əliyeva Zəngilan səfərindən növbəti paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Prezident İlham Əliyevlə birgə Z...

Ciddə-Bakı aviareysi gecikir

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya həyata keçirilməsi olan reysi (J2-1092) t...

Teymur Musayev Ermənistanın əsassız iddialarına cavab verib

Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası çərçivəsində keçirilən ümumi debatlar zamanı çıxış edən Azərbaycanın səhiyyə na...

Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən görüntülər paylaşıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli, Cəbrayıl və Zəngilan rayon...

Bakıda sexdə yanğının söndürülməsinə 2 helikopter cəlb olunub

Bakıda sexdə yanğının söndürülməsinə 2 helikopter cəlb edilib. Bu barədə Gulustan.info-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) ...

Çavuşoğlu: “İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirsə, gözlənilən addımları atmalıdır”

“İsveç və Finlandiya gözləntilərimizi təmin etmək üçün iradə nümayiş etdirərsə, hər iki ölkənin NATO-ya üzvlüyü istiqamətində add...

5 min nəfərə "Müharibə veteranı" adı verilməsi barədə qərar qəbul olunacaq - MN

Müdafiə Nazirliyinin (MN) tərkibində fəaliyyət göstərən komissiya tərəfindən Vətən müharibəsində iştirakı ilə bağlı məlumatlarını...

Selçuk Bayraktar: “Ürəyimizdə bir zaman yara olan Qarabağ qardaşlığımızın zirvəsidir”

“Bir millət, iki dövlət” olaraq Azərbaycan-Türkiyə qardaşlığı hər zaman sınaqdan çıxıb, hər dəfə əlaqələrimiz daha da möhkəmlənib...