Bakı 15 ℃

USD 1.7
RUB 0.0281
EUR 1.816
TRY 0.1038
Qızıl 3137.4775
Gümüş 37.0302

14.01.2022

Allahşükür Paşazadə Heydər Əliyev Fondunun Vatikanda və Romada bərpa etdiyi abidələrə baş çəkib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunun iştirakı ilə Vatikanda və Romada bərpa olunan abidələri ziyarət edib.

Gulustan.info xəbər verir ki, şeyxülislam Allahşükür Paşazadə Müqəddəs Pyotr bazilikası və burada dünyaşöhrətli italyan heykəltəraş Mikelancelonun bərpa edilən əsəri ilə tanış olub.

Müqəddəs Pyotr bazilikası italyan intibah memarlığının ən məşhur nümunələrindən və dünyanın ən böyük kilsələrindən biridir. Kilsədə ilk Roma Papası hesab edilən Müqəddəs Pyotr dəfn olunub. Bura həm də məşhur ziyarətgah və dini mərasimlər yeridir. Buna görə də erkən xristianlıq dövründən etibarən əksər Roma papaları burada dəfn olunub.

Nümayəndə heyəti Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bərpa edilən “Roma Papası I Leon və Hun imperatoru Atillanın görüşü” barelyefinə baxış keçirib.

2019-cu ilin fevral ayında Heydər Əliyev Fondu ilə Müqəddəs Pyotr Kilsəsi arasında imzalanmış müqaviləyə əsasən, “Roma Papası I Leon və Hun imperatoru Atillanın görüşü” barelyefinin restavrasiya işləri 2020-ci ildə yekunlaşıb. Bu, Heydər Əliyev Fondunun dünya mədəni, tarixi və dini irsinin qorunması, mədəniyyətlər və dinlərarası əlaqələrin inkişafına önəmli töhfə verən layihələrindən biridir.

Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr müqəddəs Taxt-Tacda çox yüksək qiymətləndirilir. Həmin layihələr ölkəmizin ümumbəşəri əhəmiyyətə malik dini-mədəni abidələrə verdiyi önəmi göstərir. Bütün bunlar isə multikultural dəyərlərə sadiq və bu dəyərləri təşviq edən ölkə kimi Azərbaycanın dünyadakı mövqeyini və yerini, həmçinin dinlərarası dialoqun qurulmasındakı rolunu möhkəmləndirir.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri Romada Müqəddəs Sebastian katakombasının Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış yeni muzeyi və restavrasiya edilmiş sarkofaqlarla tanış olub.

Məlumat verilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Sebastian katakombalarının bərpası işlərinə 2016-cı ildə başlanılıb. 2018-ci il sentyabrın 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva katakombaların açılışı mərasimində iştirak edib.

Hazırda muzeydə Heydər Əliyev Fondunun dəstəyi ilə restavrasiya olunmuş 150 sarkofaq və ya onların fraqmentlərindən ibarət eksponatlar nümayiş edilir. Eramızın III əsrində həlak olmuş romalı sərkərdə Sebastianın adı ilə adlandırılan Müqəddəs Sebastian sərdabələri dördmərtəbəli məzarlıqda yerləşir. IX əsrədək katakombalar bu məzarlıqda saxlanılıb, daha sonra Müqəddəs Sebastian kilsəsinə daşınıb və hazırda orada mühafizə olunur.


Digər xəbərlər


Mehriban Əliyeva Zəngilan səfərindən növbəti paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Prezident İlham Əliyevlə birgə Z...

Ciddə-Bakı aviareysi gecikir

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya həyata keçirilməsi olan reysi (J2-1092) t...

Teymur Musayev Ermənistanın əsassız iddialarına cavab verib

Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası çərçivəsində keçirilən ümumi debatlar zamanı çıxış edən Azərbaycanın səhiyyə na...

Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən görüntülər paylaşıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli, Cəbrayıl və Zəngilan rayon...

Bakıda sexdə yanğının söndürülməsinə 2 helikopter cəlb olunub

Bakıda sexdə yanğının söndürülməsinə 2 helikopter cəlb edilib. Bu barədə Gulustan.info-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) ...

Çavuşoğlu: “İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirsə, gözlənilən addımları atmalıdır”

“İsveç və Finlandiya gözləntilərimizi təmin etmək üçün iradə nümayiş etdirərsə, hər iki ölkənin NATO-ya üzvlüyü istiqamətində add...

5 min nəfərə "Müharibə veteranı" adı verilməsi barədə qərar qəbul olunacaq - MN

Müdafiə Nazirliyinin (MN) tərkibində fəaliyyət göstərən komissiya tərəfindən Vətən müharibəsində iştirakı ilə bağlı məlumatlarını...

Selçuk Bayraktar: “Ürəyimizdə bir zaman yara olan Qarabağ qardaşlığımızın zirvəsidir”

“Bir millət, iki dövlət” olaraq Azərbaycan-Türkiyə qardaşlığı hər zaman sınaqdan çıxıb, hər dəfə əlaqələrimiz daha da möhkəmlənib...