Bakı 3 ℃

USD 1.7
RUB 0.0221
EUR 1.9252
TRY 0.1267
Qızıl 3130.2355
Gümüş 41.555

14.01.2022

Ombudsman uşaq bağçasında azyaşlıya göstərilən zorakılıq faktına münasibət bildirib

Ombudsman İsmayıllı şəhər 1 saylı körpələr evi-uşaq bağçasında azyaşlı ilə bağlı baş verən hadisəyə münasibət bildirib.

Ombudsman Aparatından verilən məlumatda bildirilib ki, son dövrlər ümumtəhsil məktəblərində və məktəbəqədər təhsil müəssisələrində, o cümlədən İsmayıllı şəhər 1 saylı körpələr evi-uşaq bağçasında uşaqlara qarşı baş verən zorakılıq halları Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı olaraq bizi ciddi narahat edir.

“Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanan bu kimi hallar və zorakılıq əməllərinə hüquqi qiymət verilməsi tərəfimizdən daima nəzarətdə saxlanılır.

Qeyd edək ki, Milli Preventiv Mexanizmin funksiyalarının icrası məqsədilə həyata keçirilən fəaliyyət çərçivəsində tərəfimizdən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, o cümlədən uşaqların saxlandığı müəssisələrə daima başçəkmələr həyata keçirilir və onların hüquqlarının təmini istiqamətində aşkarlanan nöqsanlarla bağlı müvafiq tədbirlər görülür.

Hər bir şəxs, o cümlədən uşaqlarla işləyən şəxslər uşaqların beynəlxalq sənədlərdə və milli qanunvericilik aktlarında təsbit olunmuş hüquq və maraqlarını müdafiə etməli, onlara qarşı kobud rəftar və zorakılığa yol verməməlidir.

Uşaqlara qarşı zorakılığın bütün formalarını şiddətlə qınayır, müvafiq qurumları belə halların qarşısının alınması üçün səylərini birləşdirməyə və zəruri tədbirlər görməyə səsləyirik”,-deyə məlumatda qeyd edilib.


Digər xəbərlər


Tağıyevin heykəlini zədələyənlər barədə məhkəmə qərar verib

Səbail rayon məhkəməsində Hacı Zeynalabdin Tağıyevin Bakıdakı heykəlinin zədələməkdə təqsirləndirilən 1991-ci il təvəllüdlü Vüqar...

Ərdoğan Rusiya-Ukrayna danışıqları üçün Moskvaya səfər edə bilər

Rusiya ilə Ukrayna arasında müharibə baş verməsi regionun sabitliyini poza bilər. Türkiyə olaraq biz bunu qəbul etmirik. Bu ba...

Hökumət ərzaq məhsulları ilə təminat sahəsində əsas prinsipləri açıqlayıb

Azərbaycan hökuməti əsas ərzaq məhsulları ilə təminat sahəsindəki prinsipləri açıqlayıb. Nazirlər Kabinetindən Gulustan.info-y...

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANIB

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 068 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb. N...

ABŞ-dan Rusiyaya daha bir xəbərdarlıq

“ABŞ və avropalı tərəfdaşları Ukraynada vəziyyətin dinc yolla nizamlanmasında maraqlıdırlar”. Bunu ABŞ-ın Dövlət katibi Entoni...

Eldar Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənova hökm oxu...

Azərbaycanda ehtiyatda olan hərbçilərin təlim toplanışı başlayıb

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün hazırlıq planına əsasən, «N» hərbi hissəsində hərbi vəzifəlilərin təlim...

Antiinflyasiya tədbirləri hazırlayan İşçi qrup işə başlayıb

Yanvarın 18-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş iclasda müvafiq qurumlara “Antiinflyasiya tədb...