Bakı 2 ℃

USD 1.7
RUB 0.0221
EUR 1.9252
TRY 0.1267
Qızıl 3130.2355
Gümüş 41.555

14.01.2022

Pensiyaların artımla nə vaxt veriləcəyi AÇIQLANIB

DOST Agentliyi pensiyaların artımla nə vaxt veriləcəyini açıqlayıb.

Gulustan.info-nun məlumatına görə, DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev bildirib ki, yanvar ayında Dövlət Statistika Komitəsi orta aylıq əmək haqqının məbləğini təqdim edir və istehlak qiymətlərinin indeksləşdirilməsi müəyyən olunur: “Yanvarla-fevralın artımı fevralda ödənilir. Tam məbləğ artıq mart ayından ödənilməyə başlayır. Yəni, fevral ayında artımla alınacaq məbləğ yanvar və fevral ayını əhatə etdiyinə görə yekun məbləğ olmur. Hətta mart ayında da bizə müraciətlər olur ki, pensiyamız niyə azaldı? Hazırda pensiya artımla ödənilmir. Artımla yalnız minimum pensiyalar verilir, yəni 200 manat pensiya artırılaraq 240 manata çatdırılıb və həmin şəxslərə artımla ödəniş edilib. Amma digər pensiya alan şəxslər indeksləşdirmə nəticəsində olan artımlarını fevral ayında almağa başlayacaq”.

S. Alıyev qeyd edib ki, artırılan müavinətlər isə bu aydan veriləcək: “Məsələn, yaşa görə müavinət 130 manatdan 180 manata çatdırılıb. Bu şəxslər sosial müavinətlərini artımla birgə yanvarın 20-25-i aralığında alacaqlar”.


Digər xəbərlər


İşsizlikdən sığorta ödənişi ilə bağlı gözləmə müddəti ləğv edilib - Staj tələbi azaldılıb

İşsizlikdən sığorta ödənişi ilə bağlı gözləmə müddəti ləğv edilib, staj tələbi azaldılıb. Bu barədə Əmək və Əhalinin Sosial Mü...

Əmək müqavilələrinin sayı artıb - Mikayıl Cabbarov

Son iki ildə əmək müqavilələrinin sayı artıb. Gulustan.info-nun məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov ...

Azərbaycan neftinin qiyməti 92 dolları keçib

Dünya bazarında «Azeri Light» markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,93 ABŞ dolları, yaxud 2,13 % artaraq 92...

Azərbaycan neftinin qiyməti 90 dolları keçib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,72 ABŞ dolları, yaxud 0,8 % artaraq 90,56 ABŞ dol...

“Brent” markalı neftin qiyməti yeddi il sonra 87 dolları keçib

Dünya bazarında neft qiymətlərində artım müşahidə olunur. WTI markalı neftin fevral fyuçersləri 1,3 % bahalaşaraq bir bareli 8...

Azərbaycan ötən ay ərzində bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb

Azərbaycan ötən ay ərzində bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən Gulustan.info-ya verilən...

Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin maaşları artırılıb

Nazirlər Kabinetinin “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarında dəyişiklik edilib. Gulustan....

Pensiyaçılara ötən il ödənilən vəsaitin həcmi açıqlanıb

Pensiyalarda artım dinamikası 2021-ci ildə də davam edib. Keçən il pensiyaların orta aylıq məbləği 9% artaraq 331 manata, o cümlə...