Bakı 2 ℃

USD 1.7
RUB 0.0221
EUR 1.9252
TRY 0.1267
Qızıl 3130.2355
Gümüş 41.555

14.01.2022

Qarabağ və Şərqi Zəngəzurdakı yol layihələri barədə məlumat açıqlanıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra olunan yol infrastrukturu layihələrinə dair məlumat açıqlayıb.

Gulustan.info məlumatı təqdim edir:

1 Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolu

— texniki göstəriciləri: 81.6 km, I texniki dərəcəli, 6-4 hərəkət zolaqlı.
— görülmüş işlər: 0-17, 23-45, 51-52, 57-65, 71-72, 74-81-ci km hissələrdə torpaq
yatağının tikintisi, 1, 27, 34, 37, 50, 62, 79-cu km-də körpülərin, 52, 71, 77, 78, 80-ci km-də tunellərin və 60, 68-ci km-də alt keçidlərin tikintisi aparılır.

2 Toğanalı – Kəlbəcər – İstisu avtomobil yolu

— texniki göstəriciləri: yol – 80.7 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel – 11.6 km.
— görülmüş işlər: 12-13 km-də torpaq yatağında qazma işləri, 12.8 km (10×5) və 13.3 km-də (6×5) suötürücü boruların inşası davam edir. Murovdağ tunelinin giriş və çıxışında üst yarı qazma işləri toplam 750 m təşkil edir. 12.8-13-cü km-də mövcud kanalların köçürülməsi davam edir. Yolların qış baxımı ilə əlaqədar layihə boyunca qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi təmin edilir.

3 Kəlbəcər -– Laçın avtomobil yolu

— texniki göstəriciləri: yol – 72.3 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel — 9.8 km;
— görülmüş işlər: mobilizasiya və torpaq işləri həyata keçirilir. Umumi icra vəziyyəti 2% təşkil edir. Yolların qış baxımı ilə əlaqədar layihə boyunca qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi təmin edilir.

4 Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi

— texniki göstəriciləri: 726.3 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
— görülmüş işlər: torpaq işləri 78%, torpaq yatağının və yol geyimi tikintisi işləri 20%, boruların tikintisi 95%, yol nişanları 82% icra olunub.

5 Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd avtomobil yolu

— texniki göstəriciləri: 123.8 km, I texniki dərəcəli, 4-6 hərəkət zolaqlı.
— görülmüş işlər: 0-23, 35-76, 82-83, 94-95, 101-112-ci km hissələrdə torpaq yatağının tikintisi aparılır. Torpaq işləri 30%, boru və keçidlərin tikintisi 29%, körpülərin tikintisi 27% icra olunub. Ümumi uzunluğu 6 km təşkil edən 3 avtomobil tunelinin inşası işlərinə start verilib.

6 Xudafərin – Qubadlı -– Laçın avtomobil yolu

— texniki göstəriciləri: 70.4 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
— görülmüş işlər: Qubadlı — Laçın istiqamətində ilk 37 km, Xanlıq istiqamətində 0-1 və 5-14 km hissələrdə torpaq yatağı tikilib, körpülərin tikintisi işləri aparılır, topoqrafik işlər davam etdirilir. Torpaq işləri 34%, yol geyimi 6%, boru və keçidlərin tikintisi 35%, körpülərin tikintisi 27 % icra olunub. Ümumi icra vəziyyəti 24% təşkil edir.

7 Qubadlı — Eyvazlı avtomobil yolu

— texniki göstəriciləri: 26 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
— görülmüş işlər: Qubadlı rayonu ərazisində Eyvazlı kəndinə gedən yolda qaya qruntları dağıdılmaqla torpaq yatağının tikintisi işləri aparılır. Ümumi yolun 8 km-də torpaq yatağının genişləndirilərək normativ enə çatdırılması işləri başa çatıb. .

8 Şükürbəyli — Cəbrayıl — Hadrut avtomobil

— texniki göstəriciləri: 43 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
— görülmüş işlər: torpaq işləri 55%, yol geyimi 13%, boru və keçidlərin tikintisi 59%, körpülərin tikintisi 53% icra olunub.

9 Füzuli – Hadrut avtomobil yolu

— texniki göstəriciləri: 13 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
görülmüş işlər: yolun torpaq yatağının tikintisi işləri aparılır. İlk 8 km hissədə torpaq işləri və yol yatağının tikintisi 70% icra olunub.

10 Hadrut-Tuğ-Azıx avtomobil yolu

— texniki göstəriciləri: 22,0 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı;
— görülmüş işlər: Layihələndirmə və mobilizasiya işləri aparılır. Paralel olaraq mövcud yol örtüyü frez maşını vasitəsilə profilə salınır, 1.4 km-lik hissədə asfalt-beton örtüyün alt layı tikilib, 800 m hissədə yolun dağılmış hissəsi qazılaraq ərazidən uzaqlaşdırılir və yeni yol əsası inşa edilir.

11 Bərdə – Ağdam avtomobil yolu

— texniki göstəriciləri: 45 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
— görülmüş işlər: torpaq işləri 49.6%, yol geyimi 13.5%, boru və keçidlərin tikintisi işləri 37.8%, körpülərin tikintisi 87.9% icra olunub.

12 Talış – Tapqaraqoyunlu – Qaşaltı – Naftalan avtomobil yolu

— texniki göstəriciləri: 22 km, II-IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
— görülmüş işlər: Yolun ilk 8.5 km və 10-22 km hissələrində torpaq işləri bitib, suötürücü boruların və yol geyiminin tikintisi işləri davam etdirilir.


Digər xəbərlər


Tağıyevin heykəlini zədələyənlər barədə məhkəmə qərar verib

Səbail rayon məhkəməsində Hacı Zeynalabdin Tağıyevin Bakıdakı heykəlinin zədələməkdə təqsirləndirilən 1991-ci il təvəllüdlü Vüqar...

Ərdoğan Rusiya-Ukrayna danışıqları üçün Moskvaya səfər edə bilər

Rusiya ilə Ukrayna arasında müharibə baş verməsi regionun sabitliyini poza bilər. Türkiyə olaraq biz bunu qəbul etmirik. Bu ba...

Hökumət ərzaq məhsulları ilə təminat sahəsində əsas prinsipləri açıqlayıb

Azərbaycan hökuməti əsas ərzaq məhsulları ilə təminat sahəsindəki prinsipləri açıqlayıb. Nazirlər Kabinetindən Gulustan.info-y...

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANIB

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 068 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb. N...

ABŞ-dan Rusiyaya daha bir xəbərdarlıq

“ABŞ və avropalı tərəfdaşları Ukraynada vəziyyətin dinc yolla nizamlanmasında maraqlıdırlar”. Bunu ABŞ-ın Dövlət katibi Entoni...

Eldar Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənova hökm oxu...

Azərbaycanda ehtiyatda olan hərbçilərin təlim toplanışı başlayıb

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün hazırlıq planına əsasən, «N» hərbi hissəsində hərbi vəzifəlilərin təlim...

Antiinflyasiya tədbirləri hazırlayan İşçi qrup işə başlayıb

Yanvarın 18-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş iclasda müvafiq qurumlara “Antiinflyasiya tədb...